» » Bakıda “Novruz Salsa Festivalı” keçiriləcək

Bakıda “Novruz Salsa Festivalı” keçiriləcək

Bölmə: Mədəniyyət
Bakıda “Novruz Salsa Festivalı” keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Badi-Kuba Salsa Məktəbi tərəfindən martın 20-dən 22-dək Bakıda ikinci “Bakı Novruz Salsa Festivalı” keçiriləcək.

Musavat.com xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tədbirin ustalıq dərsləri və konsert proqramı olmaqla, iki hissədən ibarət keçirilməsi nəzərdə tutulub. Konsert proqramında xaricdən dəvət olunmuş rəqs müəllimləri və yerli rəqqasların birgə hazırladıqları rəqs nümunələri də göstəriləcək.

Tədbirə ABŞ, Fransa, Almaniya, Belçika, Polşa, Ukrayna, Türkiyə, Norveç, İtaliya, Gürcüstan, Qazaxıstan və digər ölkələrin dünya şöhrətli müəllimləri dəvət olunub. Eyni zamanda tədbirdə adıçəkilən ölkələrin müəllimləri ilə yanaşı, rəqqasları da iştirak edəcəklər.

Qeyd edək ki, “Bakı Novruz Salsa Festivalı” ilk dəfə 2014-cü ilin martında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler