» » “Vaqif Səmədoğluna çox böyük hörmətim olub” –


“Vaqif Səmədoğluna çox böyük hörmətim olub” – Sərdar Cəlaloğlu

Bölmə: Mədəniyyət
“Vaqif Səmədoğluna çox böyük hörmətim olub” – “Mən və rəhbərlik etdiyim Azərbaycan Demokratik Partiyasının (ADR) funksionerləri Xalq şairi Vaqif Səmədoğlunun dəfn mərasimində iştirak etməyəcəyik”.

Bu sözləri aznews.az-a açıqlamasında Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

O, bunun səbəbini ADP-nin partiya olaraq dövlət tədbirlərinə çağırılmaması ilə izah edib.

“Mən bu məsələni Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşdə də müzakirə etdim. Ona bildirdim ki, dövlət tədbirlərində müxalifətin iştirakı vacibdir. Vaqif Səmədoğlunun da dəfn mərasimi dövlət tədbiri olduğundan təbii ki, biz orda iştirak etməyəcəyik. Allah Vaqif Səmədoğluna rəhmət eləsin”, - deyə Sərdar Cəlaloğlu vurğulayıb.

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu Vaqif Səmədoğlu ilə aralarında olan narazılıqdan da söz açıb: “Belə bir söz var, ölənlər haqqında ya yaxşı danış, ya da sus. Çünki onlar artıq insanların mühakiməsindən çıxıb, Allahın mühakiməsinə daxil olurlar. Ölən insanlar haqda pis deməyə bizim heç birimizin mənəvi haqqımız yoxdur. Vaqif Səmədoğlu ilə sağlığında mənimlə hansısa münaqişənin olması mətbuat nümayəndələrinin anlaşılmaz hərəkətlərindən baş verib. Onlar yanlış olaraq bizim qeyri-rəsmi apardığımız məsələni öz istədikləri kimi yozmuşdular. Vaqif bəy də bununla bağlı mənim ünvanıma olduqca kəskin ifadələr işlətmişdi. Mən də məcbur olub onun cavabını verdim, məsələ bununla bitdi. Mənim Vaqif bəylə heç bir alıb-verəcəyim, münaqişəm yox idi. Mən ona sağlığında çox böyük hörmət etmişəm. Heç vaxt onun barəsində də danışmamışam”.

Partiya sədri qeyd edib ki, bu anlaşılmazlığın kökündə onun Səməd Vurğunun yaradıcılığı və şəxsiyyəti ilə bağlı konkret mövqeyi durur.

“Mənim iradım budur ki, sovet insanını formalaşdıran kodlar müstəqil Azərbaycan vətəndaşı üçün yetərli deyil, o kodlardan imtina edilməlidir. Bu problemi biz həll etməliyik. Mənim bu fikrim bütünlüklə sovet ədəbiyyatına aiddir”, - deyə Sərdar Cəlaloğlu əlavə edib.

Qeyd edək ki, Sərdar Cəlaloğlu öz müsahibəsində "Həmişə xalqını, dövlətini sevən insanlar onun düşməni kimi qələmə verilib. Bu gün mən o vəziyyətdəyəm. Qacar, Nadir şah bu xalqdan ötrü hər şeyə gedib, Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni edib" sözlərini demişdi.

Bu isə Xalq şairi Vaqif Səmədoğlunun qəzəbinə səbəb olmuşdu. O, Sərdar Cəlaloğluya “Ayıb olsun ona” cavabını vermişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler