» » Şəfiqə Axundovanın doğum günüdür

Şəfiqə Axundovanın doğum günüdür

Bölmə: Mədəniyyət
Şəfiqə Axundovanın doğum günüdürBu gün Şərqdə ilk opera yazan bəstəkar qadın, xalq artisti Şəfiqə Axundovanın doğum günüdür. qafqazinfo-nun məlumatına görə, Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub.


O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub. Axundova həm də bir sıra gözəl mahnaların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir.

1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.

Uzun müdddət ürək xəstəliyindən əziyyət çəkən xalq artisti iyulun 26-da 2013-cü ildə vəfat edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler