» » Əməkdar artist infarkt keçirib

Əməkdar artist infarkt keçirib

Bölmə: Mədəniyyət
Əməkdar artist infarkt keçiribƏməkdar artist, kinoaktyor Eldəniz Rəsulov infarkt keçirib
Xalqinfo.az report-a istinadən verdiyi məlumata görə, Mərkəzi Neftçilər Xəstəxanasında müalicə edilən aktyorun vəziyyəti hazırda stabildir. E.Rəsulov xəstəxanadan evə yazılıb:

"Yanvarın 6-da ürəyimin sıxıldığını hiss etdim. Sanki havam çatmırdı. Dərhal həkimə müraciət etdim. Müayinədən sonra məlum oldu ki, ikinci dəfə infarkt keçirmişəm. Mərkəzi Neftçilər Xəstəxanasında müalicə aldım. Hazırda evdəyəm.

İndi özümü yaxşı hiss edirəm. Həkimlər hələlik işə çıxmağa icazə vermirlər. Müalicəm ev şəraitində davam edir. Dərmanlarımı qəbul edirəm. Həkimlər siqaret çəkməyi qadağan ediblər. Dözmək çətin olsa da, səbr edirəm".

Qeyd edək ki, E.Rəsulov 1952-ci ildə Bakıda yazıçı-dramaturq Qeybulla Rəsulovun ailəsində dünyaya gəlib. 1971-ci ildən bədii filmlərə çəkilən Eldəniz Rəsulov tamaşaçılara "Babək", "Gümüşgöl əfsanəsi", "Təhminə", "Ovsunçu" və s. filmlərdən tanışdır. O, uzun illərdir Azərbaycan televiziyasının dublyaj redaksiyasında fəaliyyət göstərir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler