» » Dünyaya gəlişi də, gedişi də payıza təsadüf edən dahi-

Dünyaya gəlişi də, gedişi də payıza təsadüf edən dahi- Video

Bölmə: Mədəniyyət
Dünyaya gəlişi də, gedişi də payıza təsadüf edən dahi-
Mənə görə o, Azərbaycanın himnidir. Üzeyir Hacıbəyli. Dünyaya gəlişi də, dünyadan gedişi də payıza təsadüf edən bu insanı həm də məmnuniyyətlə 20-ci əsr Azərbaycan musiqisinin baharı adlandırmaq olar. Özü də təkcə musiqisininmi? Elə publististikasının da, dramaturgiyasının da, pedaqogikasının da... Və əgər o sözü Azərbaycanın ictimai-siyasi həyatına da pərçim etmək olsaydı, elə ictimai-siyasi həyatının da deyərdim. Çünki Üzeyir bəyin 1918-ci ildə Azərbaycanda ilk demokratik cümhuriyyətin formalaşmasında və fəaliyyətində özünəməxsus rolu olub.

Ümumiyyətlə üç siyasi formasiyanı görən, üç hakimiyyət dövründə yaşayan Üzeyir Hacıbəyli heç bir hakimiyyətə yox, xalqa işləyib və ona xidmət edib. O, bunu o qədər gözəl bacarıb ki, sübut onun həyat və yaradıcılığıdır. Redaktoru olduğu “Azərbaycan” qəzetidir, müəllifi olduğu Azərbaycan himnidir, “Leyli və Məcnun”, “Koroğlu” operalarıdır, “Arşın mal alan”, “O olmasın, bu olsun” musiqili komediyalarıdır. Hərdən düşünürəm ki, bir insan necə hərtərəfli ola bilərmiş? Qori müəllimlər seminariyasında o, əlbəttə çox biliklərə yiyələnmişdi. Amma nəticə olaraq adi kənd məktəbində dərs verirdi.

Sonradan onun millətə verdiyi dərsdən elə ancaq bu millət uddu. Söhbət təkcə musiqi dərsindən getmir ha. Üzeyir Hacıbəylinin jurnalistlik fəaliyyəti də, “Molla Nəsrəddin” jurnalında, “Kaspi”, “Həyat”, “İrşad” qəzetlərində - filankəs, bəhmənkəs, tısbağa, çoban ləqəbi ilə yazdıqları yazılar bu günün bir çox çoban jurnalistlərinə gözəl nümunədir. Amma dünya onu opera yazın ilk müsəlman bəstəkar kimi tanıdı.

Cümhuriyyət dövrünün araşdırmaçısı Şirməmməd Hüseynov: "İndi Üzeyir bəyin əsərləri, əgər Amerikada, Çində, Moskvada və digər qonşu respublikalarda yenə də oynanılırsa, eyni zamanda Yaponiyadan gəlib “Arşın mal alan”ın Gülçöhrə rolunu yapon oynayırsa, oxuyursa, bu bizim bir millət kimi dünyaya çıxmağımızın, tanınmağımızın əlamətidir”.

Soruşa bilərsiz ki, Üzeyir Hacıbəyli birdən-birə niyə “Xəbərçi”nin predmeti oldu? Bu il Üzeyir Hacıbəylinin 130 ililyidir. İnşallah, sentyabrın 18-də - Musiqi günündə hər il olduğu kimi Üzeyir bəyin 130 yaşını qeyd edəcəyik. Amma çox istərdik ki, bu bayram Azərbaycan sərhədlərindən kənara çıxsın. Lap konkret desək, görkəmli şəxsiyyətlərin il dönümü təqviminə əsasən onun ad günü UNESCO səviyyəsində anılsın. Çünki o, yalnız felyetonlarında filankəsdir, bəhmənkəsdir. Azərbaycan üçün o Üzeyir Hacıbəylidir. Onun adını və musiqisini mütləq dünyanın qulağına hayqırmalıyıq.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler