DataLife Engine > MARAQLI, BLOK XƏBƏR, MANŞET > “Bu şirkət Vahid Ələkbərovun gəlininin oyuncağıdır”

“Bu şirkət Vahid Ələkbərovun gəlininin oyuncağıdır”


17-12-2019, 23:21. Yerləşdirdi: Tural “Bu şirkət Vahid Ələkbərovun gəlininin oyuncağıdır”
Rusiyada yaşayıb-fəaliyyət göstərən azərbaycanlı milyarder, “Lukoyl” şirkətinin Prezidenti Vahid Ələkbərovun gəlini Alisa Ələkbərovanın turizm biznesi qurduğu məlum olub.

Xalqinfo”nun “ko.ru”ya istinadən veriyi xəbərə görə, iş adamının gəlini “President Travel” şirkəti ilə dünyanın müxtəlif ölkələrinə individual lüks səfərlər təşkil edir.

“Sensassiyalı səfərlər” təklif edən şirkətin saytında hər zövqə və ölçüyə görə yaxta sifariş vermək mümkündür. Eyni zamanda, müştərilərə vertolyot və özəl təyyarə təklifləri də olunur ki, onlar bu hava nəqliyyatı vasitələri ilə birbaşa kirayələdikləri adalara uça bilərlər.

Qeyd olunur ki, bütün bu dəbdəbəyə baxmayaraq şirkət ziyanla işləyir. Belə ki, 2018-ci ildə şirkətin ümumi gəliri cəmi 3,3 milyon rubl təşkil edib.

“President Travel” agentliyinin hüquqi şəxsi Alisa Ələkbərovaya məxsus “NaKurorte” şirkətidir. “NaKurorte” 2014-cü ildə yaradılıb. O zamanlar hələ subay olan Alisa Kolesnik soyadını daşıyıb. Şirkətdə ilk gəlir isə elə 2018-ci ildə qeydə alınıb. Alisa Vahid Ələkbərovun yeganə oğlu Yusiflə 2016-cı ildə ailə həyatı qurub.

Şirkət yaxtaları sahiblərindən icarəyə götürür, bu da bu biznesdə adi bir tətbiqdir. Nizamnaməyə uyğun olaraq, çarter şirkətləri və yaxta brokerləri işləyir. Ümumilikdə, “NaKurorte” 1675 ədəd fərqli yaxta təklif edir. Ən bahalı yaxta “Moran Yacht & Ship” tərəfindən inşa edilən “Lurssen Quattroelle”dir ki, onun da icarə haqqı həftədə 1 milyon avrodan başlayır. Bu pul müqabilində qonaqların xidmətinə 8 kabinet, məşhur idmançı Useyn Bolt tərəfindən tərtib edilmiş idman salonu, yeddi metrlik hovuz və helikoper meydançası, eləcə də spa-salon, iki cakkuzi, xüsusi masaj sahəsi təklif olunur.

“President Travel” şirkətinin nümayəndəsi nəşrə açıqlamasında qeyd edib ki, müştərilər gedəcəkləri adaları özləri seçirlər. Həmin adaya ya kirayə götürülmüş yaxta, ya da təyyarə ilə getmək mümkündür. Gəlini Vahid Ələkbərovun öz təyyarələrini şirkət vasitəsilə kirayəyə çıxarmayıb.

Məlumata görə, müştərilər ən çox Alp dağlarında yerləşən Kurşavel xizək kurortuna getməyə üstünlük verirlər. Rusiyalı oliqarxlar qış mövsümündə adətən burada dincəlməyə önəm verirlər. Agentlik müştərilər barədə məlumatları gizlədir.

“Çox güman ki, söhbət “Lukoil” şirkətinin top-menecerləri və onların dostlarının səfərlərindən gedir”, -deyə “Ivashkevich Hospitality” şirkətinin sahibi Stanislav İvaşkeviç deyir.

Digər turizm sektorundakı mənbə hesab edir ki, Alisa sözügedən şirkət vasitəsilə öz dostlarını, dostlarının dostlarını səyahətə aparır: “Bu çox güman ki, Alisa Ələkbərovanın oyuncağıdır və hər hansı bir xərci istənilən vaxt ödəniləcək”.

Bu məqamda qeyd edək ki, 28 yaşlı Yusif Ələkbərov nüfuzlu “Forbes” jurnalının bu ilin mayında tərtib etdiyi hesabata görə 21,8 milyard dollar sərvətə malikdir. Bununla da o, “Rusiyanın ən varlı varisləri” siyahısında ilk pillədədir.

Y. Ələkbərov “Mercedes-Benz” satıcısı olan “Lukavto” şirkətinin 50%-inin sahibidir. 2018-ci ildə gəliri 1,9 milyard rubl təşkil edib.

Vahid Ələkbərov 2013-cü ildə “Lukoyl”u neft şirkətindəki səhmlərini satmamaq və bölüşməmək şərti ilə oğluna vəsiyyət edib. Bu gün bu paket 27,33% səhmdən ibarətdir və 16 dekabrda 22,8 milyard dollar dəyərində olub. O, 2017-ci ildə satın aldığı “Western Petroleum Transportation” (VPT) şirkətinə də sahibdir.

“Bu şirkət Vahid Ələkbərovun gəlininin oyuncağıdır”
“Bu şirkət Vahid Ələkbərovun gəlininin oyuncağıdır”
“Bu şirkət Vahid Ələkbərovun gəlininin oyuncağıdır”
“Bu şirkət Vahid Ələkbərovun gəlininin oyuncağıdır”
“Bu şirkət Vahid Ələkbərovun gəlininin oyuncağıdır”
Geri qayıt