DataLife Engine > MARAQLI, MANŞET > Kirayə mənzildə həmcins valideynləri ilə böyüyən Baş Nazir - Fotolar

Kirayə mənzildə həmcins valideynləri ilə böyüyən Baş Nazir - Fotolar


13-12-2019, 08:07. Yerləşdirdi: Tural Kirayə mənzildə həmcins valideynləri ilə böyüyən Baş Nazir - Fotolar
Dünyanın ən gənc Baş Naziri kimi gündəmdən düşməyən Sanna Marinin həyatı da bir çoxları üçün maraq kəsb etməyə başlayıb.

Xalqinfo” xarici mediaya istinadən xəbər verir ki, Sosisal-demokrat Partiyasının rəhbəri Antti Rinnenin istefasından sonra Finlandiyanın Nazirlər Kabinetinin rəhbəri olan Marin 34 yaşındadır. Ona qədər ən gənc Baş Nazir ukraynalı Aleksey Qonçaruk (35 yaş) olub. Qadınlar arasında isə Yeni zelandiyalı Casinda Ardern ən gənc Baş Nazir (39 yaş) hesab edilirdi.

Kirayə mənzildə həmcins valideynləri ilə böyüyən Baş Nazir - Fotolar

Artıq vəzifəsinin icrasına başlayan Sanna Finlandiyada bu postu tutan 3-cü qadındır. Onun sözlərinə görə, işində yaş həddi və cinsiyyət məsələləri heç bir əhəmiyyət daşımır:

“Mən öz yaşım və cinsi mənsubiyyətim barədə düşünmürəm. Mənim üçün başlıcası siyasətdə nə üçün varam və yenidən seçicilərin inamını qazanmaq üçün nə etməliyik?”.

Kirayə mənzildə həmcins valideynləri ilə böyüyən Baş Nazir - Fotolar

Hazırda Finlandiyada beşpartiyalı koalisiyanın liderlərinin hamısı qadındır.

Helsinkidə anadan olan Sanna Marin həmcins valideynli ailədə böyüyüb: anası və anasının rəfiqəsi onu övladlığa götürüb. Ailə kirayə mənzildə yaşayıb. Marin kasıb ailəsi olduğunu söyləməkdən heç vaxt çəkinmədiyini bildirib.

Sannanın sözlərinə görə, uşaqlıqda özünü “görünməz” hesab edirdi. Çünki ailəsi haqda heç vaxt açıq-aydın danışa bilmirdi. "Susmaq çox çətin idi. Çünki bizi normal ailə kimi qəbul etmirdilər. Mən isə cəmiyyət arasında "görünməməyə" çalışırdım. Mənim üçün bütün insanlar bərabərdir", -deyə Marin bildirib.

Kirayə mənzildə həmcins valideynləri ilə böyüyən Baş Nazir - Fotolar

Ancaq anası Sannaya hər bir işdə dəstək olub və onda əminlik hissi yaradıb ki, istədiyi hər bir şeyə nail ola bilər.

Sanna Marin ailədə ali təhsil alan ilk şəxsdir. Kasıb ailənin övladı olan Sanna dövlətin sosial dəstəyi sayəsində təhsil ala bilib.

Kirayə mənzildə həmcins valideynləri ilə böyüyən Baş Nazir - Fotolar

O, siyasi karyerasına Sosial-demokrat Partiyasına üzv olmaqla başlayıb. 27 yaşında isə Tampere şəhər administrasiyanın rəhbəri olub. 2015-ci ildə isə parlamentin deputatı seçilib. Cari ilin iyununda Nəqliyyat və kommunikasiya naziri işləyib.

Sanna ilə həyat yoldaşı Markus Ryaykkyönenin Emma adlı 1 yaş 10 aylıq qızı var.

Kirayə mənzildə həmcins valideynləri ilə böyüyən Baş Nazir - Fotolar
Geri qayıt