DataLife Engine > MARAQLI > Gələn il Ay tutulmalarının vaxtı açıqlandı

Gələn il Ay tutulmalarının vaxtı açıqlandı


19-09-2018, 20:59. Yerləşdirdi: sefa Gələn il Ay tutulmalarının vaxtı açıqlandıAzərbaycan Milli Elmlər Akademiyasının N.Tusi asına Şamaxı Astrofizika Rəsədxanası 2019-cu il baş verəcək Ay tutulmalarının vaxtını açıqlayıb.

Xalqinfo.az xəbər verir ki, rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun verdiyi məlumata görə, növbəti il 2 Ay tutulması hadisəsi baş verəcək.

İlk Ay tutulması yanvarın 21-də yerli vaxtla saat 07:34-də başlayacaq və 09:43-də başa çatacaq. Tam tutulma 1 saat 2 dəqiqə çəkəcək və Azərbaycanda müşahidə olunmayacaq.

Gələn il sonuncu Ay tutulması iyulun 17-də Bakı vaxtı ilə saat 00:03 - 02:59-da baş verəcək və tutulma yenə ölkəmizdə müşahidə edilə bilməyəcək.

X.Mikayılov bildirib ki, bu tutulmalar mərkəzi tutulmalar adlanır. Yəni tutulma Yerin ekvatorial zonasında baş verəcək, Ay kölgənin mərkəzindən keçəcək.
Geri qayıt