DataLife Engine > MARAQLI, MANŞET > Ərini dünyanın ən varlı insanı edən qadın - Fotolar

Ərini dünyanın ən varlı insanı edən qadın - Fotolar


12-09-2018, 08:28. Yerləşdirdi: sefa Ərini dünyanın ən varlı insanı edən qadın - Fotolar“Hər bir güclü kişinin arxasında ağıllı qadın durur” ifadəsi əbəs yerə işlədilməyib. Eləcə də bu il dünyanın ən varlı insanı seçilmiş, sərvəti 107 milyard dollar olan, Amazon.com internet-şirkətinin banisi, “Blue Origin” aerokosmik şirkətinin və “The Washington Post” qəzetinin sahibi Ceff Bezos da bu deyimi doğruldan kişilərdəndir.

Xalqinfo.az Ceff Bezosun uğurlarının sirri olan xanımı Makkenzi Bezos haqda maraqlı faktları təqdim edir:

Ərini dünyanın ən varlı insanı edən qadın - Fotolar















Makkenzi Bezos uşaqlıqdan yazıçı olmaq istəyib. Kiçik hekayələr yazan Makkenzi Priston Universitetinə daxil olur. Xərclərini ödəmək üçün o, qabyuyan, ofisiant kimi işləməkdən belə çəkinməyib.

Ərini dünyanın ən varlı insanı edən qadın - Fotolar
















Universiteti bitirən Makkenzi yazıçı olmaq xəyalını bir müddət təxirə salaraq investisiya şirkətlərindən birində işə düzəlir. İlkin kapital üçün bir qədər pul lazım idi. Məhz bu şirkətdə o, gələcək əri ilə tanış olur. Ceff o zaman vitse-prezident, Makkenzi isə şirkətin analitiki idi.

Bir-biri ilə münasibəti yaxşı qurulan cütlük 6 ay sonra evlənir. Onlar bir müddət Sietldə ucuz mənzildə yaşayaraq əvvəlki işlərinə davam edirlər. Makkenzi hər zaman ailəsinin yaxşı gələcəyini fikirləşir və planlar qururdu. O, ərinə xüsusi bizneslə məşğul olmağı məsləhət görür və hətta bunun üçün biznes-plan qurur.

Ərini dünyanın ən varlı insanı edən qadın - Fotolar





















Makkenzi ərinə təkcə mənəvi cəhətdən dəstək olmurdu, həm də yeni işin qurulmasında onun ilk əməkdaşı idi. O qədər də tanınmayan “Amazon” şirkəti qurulur və Makkenzi müəssisənin maliyyə işləri ilə məşğul olur. Bir neçə il sonra isə “Amazon” dünyanın ən məşhur şirkətlərindən birinə, Ceff Bezos isə ən zəngin insanına çevrilir.

Ərini dünyanın ən varlı insanı edən qadın - Fotolar












Hazırda cütlük bir neçə əlavə bizneslə də məşğul olur. Onlar Bill Qeyts və Barak Obama ilə qonşuluqda yaşayır, 3 oğlan övladı və övladlığa götürdükləri 1 çinli qızı tərbiyə edirlər.

Ərini dünyanın ən varlı insanı edən qadın - Fotolar














Xoşbəxt ailəsi olan Makkenzi uşaqlıq arzusunu da gerçəkləşdirərək iki kitab – “Lüter Olbraytın sınağı” və “Tələlər”i nəşr etdirib. Hər iki kitab ABŞ-da bestsellərə çevrilib. Makkenzi “Bystander Revolution” xeyriyyə fondunun rəhbəridir.



Geri qayıt