DataLife Engine > MARAQLI > Sovet dövründə gizlədilən xəzinə tapıldı:

Sovet dövründə gizlədilən xəzinə tapıldı:

4-06-2017, 13:02. Yerləşdirdi: sefa Sovet dövründə gizlədilən xəzinə tapıldı:
Sosial şəbəkələrdə paylaşılan maraqlı görüntülər geniş müzakirələrə səbəb olub. Rusiyanın Peterburq şəhərindən olan bir neçə nəfərdən ibarət qrup sovet dövründən qalma xəzinənin axtarışına çıxıb.

Xalqinfo.az Publika.az-a istinadən xəbər verir ki, iki həftə əvvəl qrup sovet dövrünə aid milyard rubl tapıb. Onlar bu barədə daha əvvələr də eşitdiklərini deyiblər. Bunun həqiqət, yoxsa uydurma informasiya olduğunu dəqiqləşdirmək üçün xəzinənin axtarışına çıxıblar.

SSRİ-in dağılmasından sonra 1961-1991-ci illərdə dövriyyəyə buraxılan böyük miqdarda sovet pulları köhnə raket şaxtalarında basdırılıb. Kifayət qədər sakit və kimsəsiz ərazilərdə yerləşən şaxtalara radiasiya səbəbindən heç kim yaxınlaşmayıb.

Kilometrlərlə yol qət edən qrup şaxtanın ola biləcəyi bütün kiçik kəndləri ziyarət edib. Nəhayət bir kəndin sakinləri burada həqiqətən də sovet dövründə fəaliyyət göstərən şaxtanın olduğunu təsdiqləyib.

Ətrafında meşələr, düzənlik sahə və çay olan ərazidə gizlədilən şaxtanı tapan qrup burada basdırılan böyük miqdarda pulları aşkarlayıb.

Pulların bəzilərinin hələ də çox yaxşı vəziyyətdə olduğunu deyən gənclər əsasən yüz və əlli manatlıqlardan ibarət bağlamaların şəklini çəkib.

Ərazidən videoreportaj hazırlayan gənclər bu görüntüləri sosial şəbəkələrdə paylaşıb.

Həmin görüntüləri təqdim edirik:

Geri qayıt