DataLife Engine > MARAQLI > Türk mediası zorlanan azərbaycanlı qadından yazdı

Türk mediası zorlanan azərbaycanlı qadından yazdı


11-01-2017, 13:01. Yerləşdirdi: sefa Türk mediası zorlanan azərbaycanlı qadından yazdı

Türkiyə mediası bir neçı gündür ki, təcavüzə uğrayan Azərbaycan vətəndaşlığı olan qadından yazır.

Xalqinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, söhbət paytaxt Ankarada sürücü tərəfindən zorlanan Azərbaycan vətəndaşı olan S.-dən gedir. Günlərdir Türkiyə mediası bu qadının yaşadığı hadisəni, onun ifadəsini işıqlandırır.

Hadisəni danışan 37 yaşlı inglis dili müəllimi, 2 uşaq anası S. bildirir ki, sərnişin avtobusuna minərkən sürücüyə “200 metr irəlidə düşəcəm, minə bilərəmmi?” deyib. Razılıq verən sürücü daha sonra avtobusu qadının düşəcəyi yerdə yox, qaranlıq ərazidə saxlayaraq qapını açmayıb və ona “Səni qayıdanda düşürəcəm” deyib.

Qadının sözlərinə görə, daha sonra İbrahim T. onu boğub və o, huşunu itirdikdən sonra zorlayıb. Hadisənin şokunu yaşayan S. bildirir ki, bütün bunlardan sonra sürücü ondan mobil nömrə istəyərək “Gündüz vaxtı məni görsən tanıyarsanmı? Bu hadisəni kiməsə danışsan səni tapıb yenə zorlayaram, öldürərəm” deyərək hədələyib.

Baş verənlərdən sonra 37 yaşlı S. polisə müraciət edib və İbrahim T. barəsində həbs-qətimkan tədbiri seçilib. O, isə ifadəsində qadının ona onu sevdiyini, əvvəl cinsi əlaqə istədiyini, sonra imtina etdiyini deyib. Sürücü onu da əlavə edib ki, qadın polisə getməsin deyə onun şəklini çəkib.

Sorğu-sual zamanı o da məlum olub ki, İbrahim T. qadına həm təcavüz edib, həm də onun üzüyünü oğurlayıb. Hazırda 37 yaşlı T. psixoloji dəstək alır və sürücünün ən ağır cəza almasını istəyir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt