DataLife Engine > MARAQLI, BLOK XƏBƏR, MANŞET > Leyla Əliyevadan göstəriş - Kəsilən 2 ağacın yerinə 9-u əkildi + Fotolar

Leyla Əliyevadan göstəriş - Kəsilən 2 ağacın yerinə 9-u əkildi + Fotolar

5-11-2016, 12:12. Yerləşdirdi: sefa Leyla Əliyevadan göstəriş - Kəsilən 2 ağacın yerinə 9-u əkildi + Fotolar

Bakının Nərimanov rayonunda məhv edilmiş yaşıllıqlar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə bərpa olunub.

Xalqİnfo” xəbər verir ki, birlikdən Trend-ə verilən məlumata görə, noyabrın 3-də qurumun Təbiətə Təcili Yardım – 1113 “Qaynar xətt”inə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 25 ünvanında qanunsuz ağac kəsilməsi ilə bağlı sakinlər tərəfindən şikayət daxil olub. Dərhal hadisə yerinə yollanan IDEA-nın mütəxəssisləri aidiyyəti dövlət qurumları ilə birlikdə ərazidə 2 ədəd ağacın qeyri-qanuni kəsildiyini müəyyən ediblər.

Birliyin təsisçisinin təşəbbüsü ilə yaşıllıqların bərpası məqsədilə həmin ərazi nəzarətə götürülüb və qeyd olunan ünvanda 9 ədəd sərv və şam ağacı əkilib.

Ağacəkmə aksiyasında IDEA, Nərimanov Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndələri iştirak edib.

IDEA İctimai Birliyi bütün vətəndaşları yaşıllıqların qorunmasına töhfə verməyə və üzləşdikləri qeyri-qanuni ağac kəsilməsi halları ilə bağlı yaradılan “Qaynar xətt”ə (bütün mobil operatorlar və şəhər telefonlarından 1113) məlumat verməyə çağırıb.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt