DataLife Engine > MARAQLI, BLOK XƏBƏR, MANŞET > Dünyada ilk dəfə 3 valideyni olan uşaq doğuldu

Dünyada ilk dəfə 3 valideyni olan uşaq doğuldu


28-09-2016, 10:32. Yerləşdirdi: sefa Dünyada ilk dəfə 3 valideyni olan uşaq doğuldu
Dünyada ilk dəfə olaraq 3 valideyni olan uşaq dünyaya gəlib.

"Xalqİnfo" bildirir ki, “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, uşaq Meksikada doğulub. Uşağın sağlam doğulması üçün həkimlər 3 nəfərin genindən istifadə ediblər.

Həkimlərin belə bir yola əl atmasının isə səbəbləri olub. Belə ki, İordaniyadan olan ailənin uşaqları bir neçə dəfə doğulduqdan az sonar ölürmüş. Elm adamları bunun səbəbinin qanında olan Ley sindromu ilə əlaqəli olduğunu aşkar ediblər. Amerikalı genetiklər qadının xəstə geninin uşağa keçməməsi üçün həmin genin sağlam formasını kənar qadın donordan götürüblər. Qalan genlər isə ana və ataya məxsus olub.

Hazırda uşağın normal olduğu bildirilir.
Geri qayıt