» » Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir qadağa götürüldü

Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir qadağa götürüldü

Bölmə: MARAQLI
Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir qadağa götürüldü
Səudiyyə Ərəbistanında gender bərabərsizliyinin aradan qaldırılması ilə bağlı daha bir addım atılıb.

Xalqinfo.az “BBC”yə istinadən xəbər verir ki, bundan sonra qadınlar və kişilər restoranlara ayrı-ayrı girişlərdən deyil, ümumi girişdən daxil olacaqlar. Belə ki, indiyədək belə məkanlarda qadınlara və ailəli şəxslərə bir, kişilərə isə digər giriş-çıxış nəzərdə tutulurdu.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında son zamanlar sosial islahatların aparılması müxalif qüvvələrin hökumətə təzyiqi ilə əlaqələndirilir.

Daha əvvəl 2018-ci ildə qadınların avtomobil sürməsinə qoyulan qadağa, bu il isə qadınların ərlərinin razılığı ilə ölkə sərhədindən kənara çıxmaq qadağası aradan götürülmüşdü.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler