» » Bəşər tarixinin ən zəngin insanının adı açıqlandı

Bəşər tarixinin ən zəngin insanının adı açıqlandı

Bölmə: MARAQLI, MANŞET
 Bəşər tarixinin ən zəngin insanının adı açıqlandı


ABŞ-ın Şimal-Qərb Universitetinin qalereyasında orta əsrlərə aid “Katalon atlas”ı əlyazmasının reproduksiyası təqdim edilib.

Xalqinfo.az xəbər verir ki, bu barədə “Live Science” portalı informasiya yayıb.

Alimlərin fikrincə, sözügedən əlyazmada dünya tarixinin ən zəngin insanı təsvir edilib.

Əlyazma 1375-ci ildə Malyorka adasında hazırlanıb. Əlyazmada ticarət yollarının qovşağında əlində qızıl sikkə tutan Qərbi Afrika kralı Mansa Musanın təsviri yer alıb.

Mansa Musa IX əsrin birinci yarısında 30 il Mali dövlətini idarə edib. Sərginin kuratoru Ketlin Bikford Berzokun sözlərinə görə, Musa regiondakı qızıl istehsalını bütünlükdə öz əlində cəmləşdirib. Qiymətli metal isə bu ərazidə daha saf olduğundan bazarda buna çox böyük tələbat olub.

“Kiminsə bu gün belə bir sərvətə sahib olduğunu düşünmək çətindir”, - Berzok bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler