» » Qarabağın ilk bəylərbəyi kim olub? -

Qarabağın ilk bəylərbəyi kim olub? - Faktlar

Bölmə: MARAQLI
Qarabağın ilk bəylərbəyi kim olub? -
XVI əsrin birinci yarısında I Təhmasib görkəmli siyasi xadim və sərkərdə, “Böyük Sultan, qüdrətli Qacar soyadının və bütün Qarabağın banisi” Kəmaləddin Şahverdi Sultan Ziyad oğlu Qacar (1568-ci ildə vəfat edb) Qarabağ və Gəncənin birinci bəylərbəyi təyin edib.

Xalqinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezident kitabxanasında saxlanılan Çingiz Qacarın “Qədim Şuşa” kitabında məlumat verilib.

Azərbaycanlı alim, professor Kamran Rüstəmovun verdiyi məlumata görə, eyni zamanda həmin bəylərbəy o zamanın qaydalarına uyğun olaraq Qacarların qızılbaş tayfasının və bu tayfaların doğma torpaqları sayılan Ziyadlıya rəhbərlik edirdi.

Tayfanın ziyalılarına və Şaxverdi Sultanın özünə Qarabağda torpaq sahələri verilmişdi.

Sözügedən kitabın materiallarından məlum olur ki, tanınmış rusiyalı tarixçi İ.P.Peruşevski Şahverdi Sultanı böyük adlandırıb, çünki o, Azərbaycan tarixində silinməz izlər qoyub:

“Onun nəslinin nümayəndələri Qarabağ (Gəncə istisna olmaqla) və Çuxursəəd bəylərbəyliklərini, Gəncə, İrəvan və Astrabad xanlıqlarını idarə edib və yüz ildən çox müddətdə İran xanı olub, bir çox vilayət və şəhərlərdə hökmdarlarlıq ediblər”.

Hindistanlı alim Məhəmməd Məsum özünün “Xulasat əs-siyar” kitabında yazır ki, bu nəslin başında Xəzər bəy dayanırdı, Ziyad titulu isə ilk dəfə Şahverdi xanın atası Ümmət Xan Qacara verilib.

Qeyd edək ki, Gəncə və Qarabağdan başqa Şəmşədil və Qazax da Şahverdi Sultana tabe idi. /Oxu.az/

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler