» » Çinlilər dünyanı heyrətə gətirəcək yeni layihə hazırladılar: Üzən şəhər yaradılır -

Çinlilər dünyanı heyrətə gətirəcək yeni layihə hazırladılar: Üzən şəhər yaradılır - Fotolar

Bölmə: MARAQLI
Çinlilər dünyanı heyrətə gətirəcək yeni layihə hazırladılar: Üzən şəhər yaradılır -
Hər dəfə hazırladıqları və həyata keçirdikləri layihələrlə, yeniliklərlə dünyanı təəccübləndirən çinlilər bu dəfə də yeniliyə imza atıb. Pierpaolo Lazzarini adlı bir çinli memar tərəfindən hazırlanan üzən şəhər proyektinin reallaşması üçün lazım olan proses başlayıb. Layihə lazımi alıcı kütləsi topladıqdan sonra dərhal həyata keçiriləcək.

“Wayland” adı verilən bu layihə bir çox piramida görüntülü üzən hissələrdən ibarət olacaq. Fərqli ölçülərdə inşa ediləcək bu piramidaların hər birində yaşayış üçün lazım olan hər bir şey təmin ediləcək. Ən böyük piramidanın hündürlüyü 30 metr olacaq. Piramidalarda yaşayış evləri, otellər, kino zalı, futbol zalı, ticarət mərkəzləri və s. bu kimi insanların istifadə etdiyi bütün detallar nəzərə alınıb.

Çinlilər dünyanı heyrətə gətirəcək yeni layihə hazırladılar: Üzən şəhər yaradılır -

Piramidalar karbon lifi, şüşə lifi və poladdan hazırlanacaq. İçərisində sualtı yataq otaqları da planlaşdırılan bu piramidalar xüsusi mühərriklərlə idarə olunacaq. Piramidalar arasındakı daşınma vasitəsi kimi də katerlərdən istifadə olunacaq. İnşa ediləcək hər bir piramidanın damında yerləşdirilən günəş panellərindən də elektrik enerjisi əldə olunacaq.

Çinlilər dünyanı heyrətə gətirəcək yeni layihə hazırladılar: Üzən şəhər yaradılır -

Olduqca bahalı bir layihə olan “Wayland” piramidalarının ən kiçiyini hazırlamaq üçün 350 min avroya ehtiyac var. Layihənin memarının açıqlamasına görə, evlərə öncədən alıcı tapıb müəyyən avanslar alaraq piramidaların hazırlanması nəzərdə tutulub. Piramidaların hazırlanması başa çatdıqda burada yerləşəcək otellərdə qalmağın bir gecəlik qiyməti də açıqlanıb.

Bu piramidalarda istirahət etmək istəyənlər bir gecə üçün 1000 avro ödəməli olacaq. Bu şəhərdə mülk alan hər bir şəxsə “Wayland” platforması vətəndaşlığı da veriləcək. Artıq bu layihənin həyata keçməsi üçün bir neçə sponsor da ortaya çıxıb. Layihənin başa gətirilməsi üçün müəyyən məbləği ödəməyə hazır olan sponsorlar bu şəhərdə asanlıqla vətəndaşlıq almaq və mülk sahibi olmaq şanslarını əldə edəcək.

Hazırlanan layihədəki piramidalar tarixi Misir ehramlarını xatırladır. Hazırlanacaq olan piramida şəhər 3 min kvadratmetrlik ərazini əhatə edəcək.

Layihənin müəllifi buranın dənizə və azadlığa düşkün olan insanların məskəni olacağını vurğulayır.

Çinlilər dünyanı heyrətə gətirəcək yeni layihə hazırladılar: Üzən şəhər yaradılır -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler