» » Yeni sivilizasiyanın yaradılması üçün orbitə gen bankı göndərildi

Yeni sivilizasiyanın yaradılması üçün orbitə gen bankı göndərildi

Bölmə: MARAQLI
Yeni sivilizasiyanın yaradılması üçün orbitə gen bankı göndərildi
Çinin “Shainghai ManWei Technology” şirkəti tarixdə ilk dəfə orbitə DSB-01 kosmik gen bankını göndərib.

Xalqinfo.az Çinin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, bunun üçün “Çançjen-4” raket daşıyıcısından istifadə olunub.

Layihə müəllifləri 7 Çin vətəndaşından götürülmüş gen materialının təxminən min il ərzində tam mühafizə olunacağını bildiriblər. Gen materialı kosmik radiasiyadan qorunan xüsusi konteynerə yerləşdirilib.

Bəzi mütəxəssislərin rəyinə əsasən, Yer planeti artıq 400 ildən sonra yaşayış üçün yararsız vəziyyətə düşəcək.

“Sözügedən gen bankının yardımı ilə yeni insan sivilizasiyası yaranacağı ehtimal olunur”, - telekanalın məlumatında deyilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler