» » İqtisadiyyat üzrə Nobel 2 amerikalıya verildi

İqtisadiyyat üzrə Nobel 2 amerikalıya verildi

Bölmə: MARAQLI
İqtisadiyyat üzrə Nobel 2 amerikalıya verildiİqtisadiyyat üzrə Nobel mükafatının builki qaliblərinin adları açıqlanıb.

Xalqinfo.az xəbər verir ki, mükafat Vilyam Nordhaus və Pol Romerə verilib.

Nobel komitəsinin açıqlamasında bildirilib ki, Romer texnoloji innovasiyaların uzunmüddətli makroiqtisadi artımda necə aparıcı rol oynadığını nümayiş etdirib.

Nordhaus isə mükafatı iqtisadiyyatla iqlim arasındakı qarşılıqlı əlaqəyə dair işlərinə görə alıb. Onun bu problemi izah edən modeli yaradan ilk şəxs olduğu vurğulanır.

Romer və Nordhausun işləri insanlığın necə davamlı qlobal iqtisadi artıma nail ola biləcəyinə dair yolları göstərir.

Qeyd edək ki, hər iki iqtisadçı ABŞ-da doğulub və orada çalışırlar.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler