» » Ən təhlükəli xərçəng növünün dərmanı tapıldı –

Ən təhlükəli xərçəng növünün dərmanı tapıldı – Elmi iddia

Bölmə: MARAQLI, BLOK XƏBƏR
Ən təhlükəli xərçəng növünün dərmanı tapıldı –







Süd vəzisi xərçəngi qadınlarda bədxassəli şişlərin ən təhlükəli növü sayılır və ildə bu xəstəlikdən 521 min insan həyatını itirir

Honq Konqun Baptist Universitetinin alimləri dünyada ən çox rast gəlinən süd vəzisi xərçənginin müalicəsində rodium metalından istifadə edilə biləcəyini təsbit ediblər.

Xalqinfo.az -ın rus mediasına istinadən məlumatına görə, qeyd olunur ki, rodium metalı bu xəstəliyə qarşı müalicədə istifadə olunsa, müsbət nəticələr əldə etmək olar. Belə ki, rodium tərkibli dərman qəbul edildikdə insan bədənində şişə qarşı mübarizə apararaq xəstəliyin ilkin inkişaf prosesinin qarşısını alır.

Süd vəzisi xərçəngi qadınlarda bədxassəli şişlərin ən təhlükəli növü sayılır və ildə bu xəstəlikdən 521 min insan həyatını itirir. Bu xəstəliyin üç növü məlumdur: ER-müsbət, HER2-müsbət və üç dəfə mənfi xərçəng. Sonuncuya xərçəng xəstələrinin 15 faizində rast gəlinir.

Araşdırmaçılar müəyyən ediblər ki, rodiumun birləşdirilməsi 5A demelitazının aktivləşməsini dayandırır. Bu ferment xərçəng şişlərinin hüceyrələrinin sintezində yaxından iştirak edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler