» » Bu ölkədə həkimləri robotlar əvəz edəcək

Bu ölkədə həkimləri robotlar əvəz edəcək

Bölmə: MARAQLI
Bu ölkədə həkimləri robotlar əvəz edəcəkİngiltərədə xəstəxanalarda həkim və tibb bacılarının bəzi işlərinin sünii zəka ilə çalışan robotlara təhvil verilməsi nəzərdən keçirilir.

Xalqinfo.az “Shafaqna”ya istinadən xəbər verir ki, İngiltərə Səhiyyə Araşdırmaları İnstitutu tibb bacılarının gördüyü işin 35 faizini, həkimlərin gördüyü işin isə 25 faizini robotların edə biləcəyini bildirib.

Bunların arasında xəstəyə baxmaq, əməliyyatdan sonra fizioterapiya və.s yer alır.

Robot “həkimlər” döş və dəri xərçəngi, göz və ürək xəstəlikləri də daxil olmaqla bir çox xəstəliyin diaqnozunu da verə biləcəklər.

Bu addımın atılmasının İngiltərə büdcəsinə 13 milyard funt-sterlinq qənaət etdirəcəyi bildirilir.

Qeyd edək ki, İngiltərədə 1,3 milyon nəfər səhiyyə işçisi var.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler