» » Saqqızdan idman ayaqqabısı hazırlandı -

Saqqızdan idman ayaqqabısı hazırlandı - Video

Bölmə: MARAQLI
Saqqızdan idman ayaqqabısı hazırlandı -
Niderlandda “Gumshoe Amsterdam” adlı dünyanın saqqız altlığı olan ilk idman ayaqqabısı təqdim olunub.

Xalqinfo.az xəbər verir ki, bu barədə “Life.ru” məlumat yayıb.

Ayaqqabı Amsterdamın küçələrindən toplanan tullantıların təkrar istehsalı yolu ilə hazırlanıb.

Layihə “Iamsterdam” marketinq şirkətinin “beyin məhsuludur”. Layihədə məqsəd yerli ictimaiyyətin şəhərin çirklənməsi ilə bağlı məlumatlılığını artırmaqdır. Ətraf mühitin qorunması üzrə fəallar küçələrdən saqqızları toplayaraq, onları idman ayaqqabısının istehsalçısı olan “Explicit” şirkətinə təhvil verib.

Alt hissəsi preslənmiş saqqızdan olan idman ayaqqabısının yaxın zamanda satışa çıxarılacağı bildirilir.

Statistikaya görə, Amsterdam küçələrindən hər il 1,5 milyon kiloqrama yaxın saqqız toplanır. Ekoloqlar əmin edir ki, saqqızın parçalanması kifayət qədər uzun müddət, orta hesabla 20-25 il çəkir.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler