» » Sərxoş qızlar təyyarədə oyun çıxardı -

Sərxoş qızlar təyyarədə oyun çıxardı - Video

Bölmə: MARAQLI
Sərxoş qızlar təyyarədə oyun çıxardı - Üç sərxoş qız Qatvik – Tenerife reysində dava salıb.

Xalqinfo.az “Sputnik”ə istinadən xəbər verir ki, sərnişinlər isə ekipaj üzvlərinin bir-birinin saçını yolaraq dava edən qızları ayrımasını videoya çəkib.

“Heç kəs gözləmirdi ki, bu baş verə bilər. Onlar rəfiqə kimi görünür, araq içir və qucaqlaşırdılar. Ancaq bir dəqiqədən sonra onlar qışqırmağa başladılar. Qızlar mübahisə edərək qışqırır və söyüşlə bir-birini təhqir edirdilər. Digər sərnişinlər ekipaja üzvlərinə şikayət etdilər və stüardessa onların arağını əllərindən aldı. Bundan sonra qara saçları olan qız sarışının üzərinə atılıb, saçlarını yolmağa başladı. Biz qorxurduq ki, kimsə ciddi şəkildə xəsarət ala bilər”, – deyə sərnişin Enci Dillouey bildirib.

Nəticədə qızlardan birinin üzünə zərbə dəyib və ciddi zədələnib. Hava limanının əməkdaşları bildirib ki, qızları aeroportda polis gözləyib.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler