» » Azərbaycanın şərəfinə qızıl iPhone 6 hazırlandı -

Azərbaycanın şərəfinə qızıl iPhone 6 hazırlandı - FOTO

Bölmə: MARAQLI
Azərbaycanın şərəfinə qızıl iPhone 6 hazırlandı -Caviar şirkəti səyahətlərə həsr olunmuş yeni iPhone zərgərlik kolleksiyasını təqdim edib.Xalqinfo.az Day.Az saytına istinadən bildirir ki, modellər arasında Azərbaycana həsr olunanı da var. Modelin Bakıda da təqdimatı keçiriləcək.

Caviar brendi Apple iPhone modellərinin zərgərlik modifikasiyaları ilə məşhurdur. Bahalı Caviar aparatlarının hazırlanması üçün qızıl, brilyant, dəri, titan, nadir ağac növləri kimi bahalı materiallardan istifadə edilir. Telefonların hamısı əl işidir.

Caviar-ın Azərbaycana həsr olunmuş qızıl telefonunda ölkəmizin gerbi və xəritəsi əks olunub. Orada Azərbaycanın bütün tarixi əraziləri qeyd edilib.

Telefonun üzərində "Azerbaijan Land of Fire" cümləsi də yazılıb. Qızıl smartfonun qiyməti 2754 avrodur.

Smartfonun təqdimatı noyabrın sonunda Bakıda açılacaq Caviar butikində həyata keçiriləcək.

Azərbaycanın şərəfinə qızıl iPhone 6 hazırlandı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler