» » Azərbaycanda dünyanın ən bahalı və təhlükəli iti satılır –25 min manata + Foto

Azərbaycanda dünyanın ən bahalı və təhlükəli iti satılır –25 min manata + Foto

Bölmə: MARAQLI, BLOK XƏBƏR, MANŞET
Azərbaycanda dünyanın ən bahalı və təhlükəli iti satılır –25 min manata + FotoAzərbaycanda alış-veriş saytlarının birində 25 min manata "it satışı” elanı yerləşdirilib.

Unikal.org xəbər verir ki, şəxsi əşyalarını və mülklərini satmaq üçün istifadə olunan saytda "Tibet mastifi" it cinsinin satış elanı verilib.

Elan sahibi bu it üçün 25 min manat qiymət qoyub və 3 aylıq olduğunu bildirib.

Qeyd edək ki, mənşələrini Tibet dağlarından götürən bu itlər, çox güclü və ayıqdırlar. Əsasən, gözətçilik funksiyasını yerinə yetirirlər. Dünyanın ən güclü və ən təhlükəli 5 itindən biridir. Alimlərin fikrincə övlad sahibi olan ailələrin bu cür itləri saxlamasını məsləhət deyil, təhlükəlidir. Hətta bəzi ölkələrdə qadağan olunub.

Bu cinsdən olan böyük itlərin çəkisi 80 kqdan başlayır, hündürlüyü 72 ilə 85 sm arasındadır. Tibet Mastifi cinsi, Hong Dong adlı it 2.4 milyon TL (təxminən 937 min manata) satılaraq dünyanın ən bahalı iti stasusunu qazanıb. Çində isə zəngin iş adamı bir itə təxminən 4.3 milyon TL (1.7 milyon manat) ödəyib. Tibet Mastifləri Çində zəngin ailələrinin ən çox bəyəndiyi və saxladığı it növüdür. Hətta sözügedən ölkədə bu it növü zənginliyin göstəricisidir.

Azərbaycanda dünyanın ən bahalı və təhlükəli iti satılır –25 min manata + Foto
Azərbaycanda dünyanın ən bahalı və təhlükəli iti satılır –25 min manata + Foto

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler