» » Ölü köpəkbalığının qarnından 98 diri bala çıxdı -

Ölü köpəkbalığının qarnından 98 diri bala çıxdı - Video

Bölmə: MARAQLI
Ölü köpəkbalığının qarnından 98 diri bala çıxdı -
Avstraliyada balıqçı ölmüş köpəkbalığını keysəriyyə edərək, yüzə yaxın diri balasını xilas edib.

Hadisənin görüntüsü “Daily Mail”in saytında yayılıb. Metyu Orlov Viktoriya ştatının sularında balıq ovuna çıxıb.

Köpəkbalığı onun tilovunun qarmağına keçən zaman hələ sağ olub. Ancaq balıqçı şikarı quruya çıxarana qədər, başqa bir köpəkbalığı ona hücum edərək, bədəninin bir parçasını yeyib. Balıqçı tələf olmuş balığı motorlu qayığın göyərtəsinə qaldıran zaman, onun qarnında hərəkətin olduğunu görüb.

O, dərhal bıçaqla balığın qarın nayihəsini yararaq, oradan 98 balanı xaric edib və dənizə buraxıb.

Maraqlıdır ki, balıqçı ət zay olmasında deyə, tutduğu köpəkbalığından yemək bişirib və onu ailəsi ilə birgə naharda yeyib./oxu.az



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler