» » Dünyanı idarə edən 6 gizli ailə

Dünyanı idarə edən 6 gizli ailə

Bölmə: MARAQLI, BLOK XƏBƏR, MANŞET
Dünyanı idarə edən 6 gizli ailə
[b]Kapitalizmin yaranmasından sonra dünya iqtisadiyyatının inkişaf tempi də dəyişməyə başladı. Nəticədə yeni milyarder nəsillər formalaşmağa başladı. Onların bir çoxu sonralar öz təsir qüvvələrini itirsələr də, bəziləri hələ də dünyanın idarə olunmasında iştirak edən ailələrdən hesab edilirlər.[/b]

[b]Rotşildlər[/b]

İndiyə qədər dünyanın ən varlı ailələrindən sayılırlar. Rotşildlər əslən Almaniyadan olan yəhudi nəsli sayılırlar. Onlar gəlirlərinin nə qədər olduğu haqda indiyə qədər məlumat vermirlər. Rotşildlər bunu özlərinin ailə sirri sayırlar. İddialara görə, bu ailənin ümumi sərvəti bir neçə trilyon dolları aşır. Bəzi ekspertlər Rotşildlərin dünyadakı brilyant biznesinin 75%-ni əllərində saxladıqlarını bildirirlər.

Rotşildlər son 100 ildə dünyanın siyasi nizamına böyük təsir göstərən ailələrdən olub. Onlar hələ də bir çox ölkənin iqtisadi sistemini özlərindən asılı vəziyyətdə saxlayıblar. Rotşildlər həmçinin Britaniya kral ailəsinin məsləhətçiləri də hesab olunurlar. İndiyə qədər onların adı vahid dünya dövləti qurulması kimi fərziyyələrdə hallanır.

[b]Rokfellerlər[/b]

Amerikanın ən varlı ailələri siyahısına liderlik edirlər. Bu ailənin rəsmi sərvəti hələ də dəqiq bilinmir. Rokfellerlər hələ də bəzi məşhur şirkətlərin gizli sahibləri sayılırlar. Ailə ABŞ hökumətinə, eləcə də dünyadakı nizama güclü təsir göstərmək qabiliyyətindədirlər.

Rokfellerlər həmçinin gizli Bilderberq klubunun daimi üzvlərindən sayılırlar. İndiyə qədər “Şevron”, “Ekson Mobil” kimi neft nəhəngləri Rokfellerlərin tabeleyindədir. İddialara görə, məhz bu ailə bir zamanlar Britaniya kimi nəhəng dövlətin rəhbərliyinə Marqaret Tetçeri gətirə bilib. Belə ki, Tetçer Rokfellerlərlə görüşdükdən cəmi 4 il sonra Britaniya baş naziri olub.

[b]Vindzorlar[/b]

100 ildən çoxdur Britaniya taxtını idarə edən nəsildir. Onların nüfuz dairəsi təxmin ediləndən daha böyük hesab edilir. Ailənin sərvəti hələ də bilinmir. Bu nəsil indiyə qədər dünyada əsas qərarların qəbulunda həlledici rollardan birini oynayır. Ölkənin arxivinin bu nəslin nəzarətində olması ailə haqqında dəqiq məlumatları öyrənməyə mane olur.

[b]Dyuponlar[/b]

Əslən Fransadan olan ailədir. Bu nəslin hazırda 3 min 500 nümayəndəsi olduğu iddia edilir. Bu ailə son 100 ildə ABŞ-ın ən varlı ailələrindən biri olub. XX əsrin 70-ci illərində ailənin sərvəti rəsmi rəqəmlərə görə 150 milyard dollardan çox olub. Bununla da onlar ABŞ-ın üçüncü ən varlı ailəsi ola biliblər.

Dyuponların hazırda dünyanın 70 ölkəsində 135 zavodu, 40 tədqiqat mərkəzi və dünyanın 11 ölkəsində laboratoriyaları mövcuddur. Bunun sayəsində ailə dünya kimya sənayesinin əsas liderlərindən sayılır.

Təkcə 1990-cı ildə ailənin gəliri 35 milyard dollar olub. Sonradan bu rəqəm 28 milyarda qədər geriləyib.

[b]Astorlar[/b]

ABŞ-ın ilk milyonerlərindən biri sayılırlar. Ailənin ümumilikdə sərvəti 100 milyard dollardan çoxdur. Məhz bu ailə uzun illər Afrika müstəmləkəçiliyinə, homoseksualizmə tolerant yanaşmaq kimi ideyaların təbliğini maliyyələşdirib.

[b]Uoltonlar[/b?

Amerikanın ən varlı ailələrindən biridir. Ailə “Volmart” pərakəndə satış şəbəkəsinin sahibi hesab edilir. Onların sərvəti 130 milyard dolları keçir. Bu ailə vergi maxinasiyalarının ustadı sayılır. Məhz bu ailə 1989-cu ildən bu yana Amerikanın əsas siyasi sponsorlarından biri hesab edilir.Axar TV

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler