» » Bakıda maraqlı toy: Bəy hərbi formada gəldi - Video

Bakıda maraqlı toy: Bəy hərbi formada gəldi - Video

Bölmə: MARAQLI, BLOK XƏBƏR, MANŞET
Bakıda maraqlı toy: Bəy hərbi formada gəldi - Video
Özü hərbi formada, gəlin maşını və bəylik stolu isə Azərbaycanın üç rəngli bayrağı ilə bəzədilib.

Xalqinfo.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, görüntülər aprel qazisi Anar Məmmədovun toyundandır. O, aprel döyüşlərində bir qolunu itirsə də bu onun arzularının reallaşmasına mane ola bilməyib. Aprel qazisi hərbiçi xanımla özünə toy edib.

Silahlı Qüvvələrin zabitinin hərbi geyimdə toya gəlməsi isə iştirakçıların marağına səbəb olub.

Ehtiyatda olan kapitan Anar Məmmədovun sözlərinə görə, hərbiçi olmaqla yanaşı öz toyunda hərbi forma geyinmək də ən böyük arzusu olub.

Bəyin xanımı Zülfiyyə Yusifzadə də hazırda silahlı qüvvələrdə xidmət edir. Deyir ki, Anardan belə bir təklif gələndə müsbət qarşılayıb.

Qeyd edək ki, toyda bəyin hərbiçi yoldaşları ilə yanaşı, Müdafiə Nazirliyinin nümayəndələri də iştirak ediblər.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler