» » “WhatsApp”a bu yeniliklər gələcək -

“WhatsApp”a bu yeniliklər gələcək - Fotolar

Bölmə: MARAQLI
“WhatsApp”a bu yeniliklər gələcək - “WhatsApp” “Android” versiya üçün olan yeni funksiyaları test edir.

“Xalqinfo” Technote-yə istinadən xəbər verir ki, “Tap and hold to unblock” adlı yeni funksiya sayəsində istifadəçilər qara siyahıya salınmış şəxsin üzərinə klik edərək onu blokdan çıxara və ismarış göndərə bilərlər.

iOS-da olduğu kimi dəvətnamə linkləri funksiyası yaxın zamanda “Android”də də aktiv olacaq. Həmin funksiya sayəsində istifadəçiləri qrup çatlarına dəvət etmək olar.

“Shake to report” adlı yeni funksiya sayəsində istifadəçilər öz smartfonlarını silkələyərək “WhatsApp”ın dəstək servisi ilə əlaqə saxlayaraq tətbiqin hansısa problemi barəsində məlumat verə bilərlər.

Çat adminləri üçün olan yeni funksiyalar sayəsində onlar çatın iştirakçılarına ismarış göndərə, qrup çatının məlumatlarını redaktə və s. edə bilərlər.

Qeyd etmək lazımdır ki, bu funksiyalardan bəziləri tətbiqin beta versiyasında var. Lakin bu o demək deyil ki, onlar tətbiqin yenilənmiş versiyasına daxil olacaqlar.

“WhatsApp”a bu yeniliklər gələcək -
“WhatsApp”a bu yeniliklər gələcək -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler