» » Bakıda istifadə olunmuş plastik şüşələrdən Yeni il ağacı ucaldıldı -

Bakıda istifadə olunmuş plastik şüşələrdən Yeni il ağacı ucaldıldı - Foto

Bölmə: MARAQLI
Bakıda istifadə olunmuş plastik şüşələrdən Yeni il ağacı ucaldıldı - ABŞ-ın Azərbaycandakı səfirliyi, Beynəlxalq Rotari Klub və digər tərəfdaşlar plastik tullantılara qarşı bayram kampaniyasına başlayıblar.

Səfirlikdən verilən məlumata görə, səfirliyin keçən il 500-dən çox plastik butulkadan 3 metr yüksəklikdə ağac qurduğunu göstərən videonun uğurundan ruhlanaraq, ABŞ səfirliyi və onun tərəfdaşları Beynəlxalq Rotari Club Bakı, Xəzər Rotari Klubu, Eko Bakı, Saritanın Ekoloji Yaradıcılığı, Azərbaycanda Amerika Ticarət Palatası, Avritel, Holiday Inn və IDEA bu gün Park Bulvar AVM-də “yenidən istifadə”ni rəmzləşdirərək istifadə olunmuş plastik şüşələrdən bayram ağacı ucaldıblar.

Ağac təkrar emala və plastik istehlaka dair məlumatlılığı artıracaq. “Yenidən istifadə” atılan obyektlərdən və ya materiallardan orijinaldan daha yüksək keyfiyyət və ya dəyərdə məhsul yaratmaq üçün yenidən istifadəni ehtiva edir. Ağac dekabrın 10-da Rotari Klublarının Qış Bazarına qədər və tədbir müddətində nümayiş olunacaq.

Qeyd edək ki, 2015-ci ildə dünyada 322 milyon tondan çox plastik istehlak edilib və bu rəqəm hər il artmaqdadır. Bu, ətraf mühit üçün əsas təhlükədir. Plastikdən istifadəni azaltmaq, onlardan təkrar istifadə etmək və onları təkrar emal etməklə böyük nəticəyə nail olmaq olar.

Bakıda istifadə olunmuş plastik şüşələrdən Yeni il ağacı ucaldıldı -


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler