» » Qatil arıları necə tanıyaq?

Qatil arıları necə tanıyaq?

Bölmə: MARAQLI
Qatil arıları necə tanıyaq?
Seyfəddin Əsəd: “Arı böyük bir şəfa mənbəyi olduğu kimi təhlükəli də ola bilər”

Arı zəhərinin güclü təbii müalicə üsulu olması, onun südünün, balının, tozunun və digər məhsullarının min bir dərdə dərman olması hər kəsə məlumdur. Ümumiyyətlə, dünyada 16 000-dən çox arı növü mövcuddur. Bunların çoxu sürü halında yaşamayan arılardır. Yalnız yüzdə beş arı növü qrup halında yaşayır. Ən geniş yayılmış arı növü bal arısıdır. Avstraliyalı alimlər apardıqları tədqiqatlar yolu ilə arıların insan sifətini tanıya bilmə qabiliyyətini kəşf etmişdirlər. Arılar həm də partlayıcı maddələri tanıya bilmək bacarığına malikdirlər. Ancaq arılar faydalı olmaları ilə yanaşı, həm də təhlükəlidirlər. Bəzən onlar qatilimizə belə çevrilə bilir.

Arı vurması nəticəsində ölüm faktlarına rast gəlinib. Arı sancmalarına daha çox yaz, yay və payız aylarında rast gəlinir. Xüsusilə payız fəslində arılar daha çox aqresiv olur. Arı sancması zamanı tibbi yardım mütləqdir. Çünki orqanizmində həssaslıq olan şəxslər anaflaktik şok yaşaya bilər. Bu, insanın tənəffüsünün ağırlaşması ilə nəticələnir. Anaflaktik şok zamanı insana tibbi yardım olunmazsa, qəfil ölüm də baş verə bilər. Ölümə səbəb ola biləcək ən təhlükəli arı eşşək arısı kimi tanınan arıdır. Gövdəsi sarı və qara zolaqlı olan eşşək arıları olduqca iri quruluşludur. Eşşək arılarının iynəsi zəhərlidir. Sancması çox ağrı verən eşşək arısının zəhəri insanda ağır allergiya reaksiyalarına yol açır və bir çox hallarda eşşək arılarının sancması insanın ölümü ilə nəticələnir. Arılar arasında qatil arı adlandırılanlar da var. Ancaq bu arı növünə Azərbaycanda rast gəlinmir. Bu arılar tarixdə bir hücumda 300 braziliyalı insanı öldürdükdən sonra qatil adını alıblar. Qatil Afrika bal arıları çox həssasdırlar. Adıçəkilən arılar öz yuvalarını ölümünə qoruyurlar.

Qatil arı görünüşcə bal arısından fərqlənmir. O, insanı sancarsa, bir saniyədə onu öldürə bilər. Afrika mənşəli olan bu arılar iynələrini 8 dəfə istifadə edə bilirlər. Bu arılardan qaçmaq və xilas olmaq az qala qeyri-mümkündür və bunun sonu mütləq ölüm olur. Azərbaycanda yer alan eşşək arıları da qatil arılardan heç də geri qalmır. Eşşək arıları insanları daha tez-tez sancır və onların sancmaları daha ağrılıdır. Dil, dodaq, qırtlaq və üz nahiyəsinin sancılması çox təhlükəli hesab olunur. Çoxlu sayda sancmalar zamanı ağır intoksikasiya (zəhərlənmə) inkişaf edə bilər. Bu halda insanı dərhal xəstəxanaya çatdırmaq lazımdır. Arı və ya eşşək arısı sancmasından dərhal sonra insana allergiyası olmasa belə hər hansı allergiya əleyhinə dərman vermək lazımdır. Zədələnmiş yeri axar su ilə yuyun, istənilən antiseptik (perekis, spirt, yod və s.) vurmaq lazımdır. Zərərçəkmişə bol maye (isti şirin çay, şirin su və s.) verilməlidir.

Əgər həşəratın sancmasından sonra allergiyanın əlamətləri, yəni ümumi zəiflik, baş ağrısı, başgicəllənmə, ürəkbulanması, arterial təzyiqin kəskin enməsi, nəbzin artması, təngnəfəslik, bəzən hətta qıcolmalar və bayılma meydana çıxıbsa, xəstəni dərhal xəstəxanaya çatdırmaq lazımdır.

Təbii üsullarla müalicə həkimi Seyfəddin Əsəd bildirdi ki, arı müalicəvi şəfa mənbəyi olduğu kimi təhlükəli də ola bilər: “Arı insanı öldürəndə 3 günə yox, həmin dəqiqə və ya 1-2 saata öldürür. Zəhəri çox olan arılar var ki, onlar vəhşi arı və yaxud da ki, eşşək arısı adlanır. Bal arısı qrupuna aid olan arılar xüsusi qaydada yetişdirilir. Dünyanın 10 ölkəsində arı ilə müalicə yoxdur. Çünki arı böyük bir şəfa mənbəyi olduğu kimi təhlükəli də ola bilər. Arının insanı haradan vurmasından da çox şey asılıdır. Məsələn, arı insanı dilindən vuranda dil şişir, insan boğulur və ölür. Buna görə də arı ilə müalicə aparan ölkələrin də sayı barmaqla sayılacaq qədər azdır, bunun həkimləri də demək olar ki, azdır. Bundan hamı qaçır. Ancaq arının verdiyi şəfanı da heç yerdən tapmaq mümkün deyil. Arı ilə müalicə zamanı mütləq insana yoxlama qoyulmalıdır ki, onun orqanizmi arı zəhərini götürə biləcək ya yox”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler