» » Fırıldaqçılarla belə mübarizə aparılacaq -

Fırıldaqçılarla belə mübarizə aparılacaq - Video

Bölmə: MARAQLI
Fırıldaqçılarla belə mübarizə aparılacaq -
Yeni Zelandiyanın “Netsafe” təşkilatının mütəxəssisləri internet fırıldaqçıları ilə ünsiyyət üçün nəzərdə tutulan “Re:scam” adlı kompüter proqramı (bot) yaradıblar. Bot, potensial qurbanın yerinə fırıldaqçılarla uzun yazışmalar aparır.

“Xalqinfo” ICTnews-a istinadən xəbər verir ki, süni intellekt elementli sistemin danışığa başlaması üçün cinayətkarın elektron ünvanını “Netsafe” saytında göstərilən poçt ünvanına göndərmək lazımdır.

Bundan sonra proqram davranış taktikalarından birini seçərək cinayətkara suallı bildiriş göndərir. Sistemin proqramlaşdırılması danışığı müddətsiz davam etdirməyə imkan verir. Təşkilat mütəxəssislərinin fikrincə, bu, fırıldaqçıların diqqətini həqiqi qurbanlardan yayındıracaq.

Məlumata görə, ünsiyyət prosesində “Re:scam” həmsöhbət haqqında informasiya toplayaraq danışıq aparmağı öyrənir. İndiyədək bot 16 min məktub yazaraq cinayətkarlara 26 günə yaxın vaxt sərf edib.

Qeyd edək ki, istifadəçilərin məlumat və hesablarını ələ keçirmək üçün kütləvi bildirişlərin göndərilməsindən istifadə edən fırıldaqçılıq əməllərindən hər il ciddi ziyan vurulur. Bununla yanaşı, əksər qurbanların kompüter biliklərinin zəif olmasından sui-istifadə edən cinayətkarlar öz metodlarını təkmilləşdirməklə məşğuldurlar.




Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler