» » Bu yanacaq növü hər kəsi təəccübləndirəcək -

Bu yanacaq növü hər kəsi təəccübləndirəcək - Video

Bölmə: MARAQLI
Bu yanacaq növü hər kəsi təəccübləndirəcək -
Şimal-qərb bölgəsində, xüsusilə də Zaqatala-Balakən ərazisində bu yanacaqdan geniş istifadə olunur. Söhbət fındıq qabıqlarından gedir. Məhz bu bölgəyə xas olan fındıqdan sakinlər, yalnız qidalarda istifadə etmirlər.

"Xalqinfo" ARB-yə istinadən xəbər verir ki, Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Abdulbaqi Şabanov da uzun illərdir ki, yanacaq kimi fındıq qabığından istifadə edir.

Peşəsi ustalıq olan qəhrəmanımız ucuz sayılan bu yanacaq vasitəsini daha qənaətlə işlətmək üçün, sözün əsl mənasında ustalığa əl atıb.

Abdulbaqi Şabanov – Zaqatala sakini: "Qazla da işlətmək olur, odunla da. Üstünə də kalonka qoymuşam. Qışda ondan istifadə edirik”.

İçi dəmir, üstü isə kərpiclə hörülən bu soba təqribən 200 kv metrlik evi qızdırmaq gücünə sahibdir. İstilik sistemini normal dərəcədə saxlamaq üçün 3-6 saatdan bir bunkeri doldurmaq kifayət edir.

Abdulbaqi qışlıq ehtiyatını elə yay fəslindən tədarük edir. Çünki, yayda fındıq qabığının bir maşınını 40-50 manata almaq mümkün olursa, qışın oğlan çağında bu qiymət 100-150 manata qalxır.

Fındıq qabığı rayonda fəaliyyət göstərən fındıq zavodlarından gətirilir. Bu yanacaq növünün yandırıldığı sobalar da qeyri-adiliyi ilə seçilir. Qiyməti həcmindən və istifadə olunan dəmirin qalınlığından asılı olaraq, 75-150 manat civarında dəyişir. Alıcıları da kifayət qədərdir.

Fındıq qabığının yüngül olması, fiziki güc tələb etməməsi, həmçinin uzunmüddətli yanması da bu bölgədə əhəmiyyətini artırıb.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler