» » Misir ehramında gizli otaq aşkarlandı -

Misir ehramında gizli otaq aşkarlandı - Fotolar

Bölmə: MARAQLI
Misir ehramında gizli otaq aşkarlandı -
Alimlər Misirdəki Xeops ehramında gizli otaq aşkarlayıb.

Xalqinfo.az Publika.az-a istinadən xəbər verir ki, Yaponiya, Fransa və Misirdən olan bir qrup alim ehramda apardıqları araşdırmalar zamanı uzunluğu 30 metrə yaxın olan naməlum boş otaq barədə elmi məqalə yazıblar. Bu barədə məlumatı “Nature” jurnalı dərc edib.

Tədqiqat zamanı alimlər içəriyə daxil olmadan ehramda boşluqları göstərməyə imkan verən myuon radioqrafiyası metodundan istifadə ediblər. Otağın hansı məqsədlə tikildiyi hələlik məlum deyil.

Qeyd edək ki, dünyanın 7 möcüzəsindən biri hesab edilən bu ehram təxminən 4,5 min il əvvəl, IV qədim Misir sülaləsinin hakimiyyəti illərində daha çox Xeops kimi tanınan firon Xufunun əmri ilə tikilib. Qahirə şəhəri yaxınlığında yerləşən ehramın hündürlüyü 139 metr, eni isə bünövrəsində 250 metrdir. Dünyanın ən qədim və iri tarixi abidələrindən biri olan Xeops ehramının necə tikildiyi barədə elmdə hələ də dəqiq məlumat yoxdur.

Misir ehramında gizli otaq aşkarlandı -
Misir ehramında gizli otaq aşkarlandı -
Misir ehramında gizli otaq aşkarlandı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler