» » Fədayə Laçın qaçan məhbusun sevgilisi çıxdı - Statuslar

Fədayə Laçın qaçan məhbusun sevgilisi çıxdı - Statuslar

Bölmə: MARAQLI, BLOK XƏBƏR, MANŞET
Fədayə Laçın qaçan məhbusun sevgilisi çıxdı - Statuslar
Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirli bilinərək həbs edilən Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) ilə bağlı yeni faktlar üzə çıxıb.

Xalqinfi.az xəbər verir ki, Ölkə.Az-ın əldə etdiyi məlumata görə, müğənni Fədayə Laçın bir neçə il əvvəldən bəri qaçan məhbuslardan biri ilə sevgili olub. O, sevgilisi olan məhbusla bir neçə dəfə həbsxanada görüşüb. Fədaya Laçın hətta qatarda da məhbus sevgilisinin ziyarətinə gedib.

Qaynarinfo.az saytı bildirir ki, müğənninin həbsdən öncə sosial şəbəkələrdəki status və paylaşımları da bu kontekstdə xüsusi diqqət çəkərək, fərqli məna kəsb etməyə başlayıb.

Xatırladaq ki, Fədayə Laçın oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. O, həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Onu da bildirək ki, Əli Ağami və “Qoca” ləqəbli digər məhbus oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə gətiriləndə qaçıblar.

Belə ki, müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Məhbuslardan Əli Ağami isə iki gün əvvəl Şirvan şəhərində tutulub.

Fədayə Laçın qaçan məhbusun sevgilisi çıxdı - Statuslar
Fədayə Laçın qaçan məhbusun sevgilisi çıxdı - Statuslar
Fədayə Laçın qaçan məhbusun sevgilisi çıxdı - Statuslar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler