» » Bakı metropolitenində “Wi-Fi” olacaq

Bakı metropolitenində “Wi-Fi” olacaq

Bölmə: MARAQLI
Bakı metropolitenində “Wi-Fi” olacaq
“Azərtelekom” MMC Bakı metropoliteninin qatarlarında “Wi-Fi” şəbəkəsinin yaradılmasını təklif edir.

“Xalqinfo”nun Trend-ə istinadən məlumatına görə, bu təkliflə şirkətin biznes inkişaf üzrə direktoru Səbinə Məmmədli “Caspian European Club”ın təşkil etdiyi nəqliyyat biznes forumu zamanı çıxış edib.

Onun sözlərinə görə, “Azərtelekom” bu təkliflərlə Dövlət Radiotezliklər İdarəsinə müraciət edib:

“Amma qarşımızda dayanan başlıca problem yeni texnologiyaların, xüsusilə də simsiz rabitənin 2002-ci ildən dəyişməyən tarifləridir. Əgər bu layihəni hazırkı tariflərlə tətbiq etsək, bu səmərəli olmayacaq”.

S.Məmmədli əlavə edib ki, onlar hazırda bu məsələ ilə bağlı Tarif Şurasının qərarını gözləyir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler