» » Valideynlər direktoru belə müdafiə etdi

Valideynlər direktoru belə müdafiə etdi

Bölmə: MARAQLI, MANŞET
Valideynlər direktoru belə müdafiə etdi
Bakıda valideynlər məktəb direktoru işdən çıxarıldığı üçün aksiya keçirmək istəyib.

“Xalqinfo” xəbər verir ki, bu barədə məlumatı sözügedən 200 və 43 saylı Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərdən birinin valideyni Esmira Qasımova yazıb.

O bildirib ki, valideynlər Filologiya Elmleri Doktoru Qafar Huseynovun fəaliyyətindən tam razıdır və onun üçün də direktorun dəyişdirilməsinə razı olmurlar:

“Direktor yerinə bərpa olunmasa, heç kim övladını məktəbə qoymayacaq. Sabah da bu iki məktəbdə dərs otaqları yəqin ki, boş qalacaq. Övladını dərsə göndərməyəcək valideynlərdən elə biri də mən”.

Valideyn onu da qeyd edib ki, Q. Hüseynovun səhhətində problem yaşandığı üçün hazırda xəstəxanadadır.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məktəbin direktoru Qafar Hüseynov işdən çıxarılmayıb. Sadəcə hazırda səhhəti ilə bağlı müalicə olunur, bülletendədir.

Valideynlər direktoru belə müdafiə etdi


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler