» » Pəncərələr enerji istehsal edəcək -

Pəncərələr enerji istehsal edəcək - İnqilab

Bölmə: MARAQLI
Pəncərələr enerji istehsal edəcək -
ABŞ-ın “SolarVindov Texnologiya” startapı tərəfindən pəncərələr üçün maye örtük hazırlanıb.

Xalqinfo.az xarici mediaya istinadən xəbər verir ki, yeni material pəncərələri elektrik enerjisi hasil edən günəş panellərinə çevirir.

Şüşə və ya ikiqat plastik pəncərə sistemlərinin üzərinə çəkilən örtük quruduqdan sonra karbon materialı, hidrogen, azot və oksigendən ibarət nazik şəffaf plyonka yaradır. Bu örtükdən keçən günəş işığı elektrik enerjisi hasil edir.

Şirkətin baş direktoru Con Konklinin sözlərinə görə, “SolarVindov” adi günəş panelləri ilə müqayisədə şəffaf olduğundan elektrik enerjisinin hasili zamanı arxitekturanın gözəlliyini qoruyub saxlayır.

Qeyd edək ki, sözügedən maye örtüyü öncə böyük şəhər binaları və göydələnlərdə tətbiq etmək planlaşdırılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler