» » Müəmmalı ayaq izləri -

Müəmmalı ayaq izləri - 5,7 milyon il əvvəl insan olub?

Bölmə: MARAQLI
Müəmmalı ayaq izləri -
Hələ insanların mövcud olmadığı illərə aid xüsusi ayaq izləri tapılıb. Arxeoloqlar qeyd edir ki, inandırıcı olmasa da, bu, insana məxsus əl-ayaq izləridir.

Sözügedən izlər Yunanıstanın Krit adasında aşkarlanıb. İsveç, Polşa, ABŞ və Yunanıstandan olan bir qrup alim, (Polish Geological Institute — Polish Research Institute; Department of Organismal Biology, Uppsala University, Sweden; Dinosaur Tracks Museum, University of Colorado Denver; University of Warsaw; Faculty of Earth Sciences, University of Silesia; Bournemouth University; Hellenic Ministry of Culture and Sports, Ephorate of Palaeoanthropology-Speleology, Greece; University of Crete, Natural History Museum) paleontoloq və mütəxəssislər Krit adasının cənub hissəsində aşkarlanan ayaq izlərini incələyiblər. İki ayaqlı "sirli məxluqlar”ın qoyduğu izlər adada sahilboyu palçıqla müşahidə edilib. İzlər Aralıq dənizinin dayazlaşmış hissəsində daha aydın görünür. Sanki hərəkət istiqamətinə görə izlər dənizin içərisindən sahilə doğru gələn canlını xatırladır.

Müəmmalı ayaq izləri -
Müəmmalı ayaq izləri -

Alimlər iddia edirlər ki, izlər bütün əlamətləri ilə insanı xatırladır. İnsanlarda olduğu kimi izlərin üzərində çox asanlıqla beş barmaq, daban və pəncəni ayırd etmək olur.

Eyni zamanda insanın əl-ayaq quruluşuna birəbir uyğun gəlir. Hazırki nəzəriyyə ilə tərs mütənasib olsa da, alimlər güman edir ki, Krit adasında insanlar məskunlaşıblar.

Aşkarlanan izlərin 5,7 milyon il əvvələ aid olduğunu qəbul etsək və insanların mövcud olduğunu belə var saysaq, Afrikada olan toplumun Krit sahillərində gəzə bilmə ehtimalı sıfırdır. İlk insanların Avropaya getməsi belə 3 il sonraya təsadüf edir. Ölçüsünə görə çox da böyük olmayan ləpirləri müasir insanlar da qoya bilərdi.

Alimlər çaşıb qalıb. Nəticə olaraq bu qənaətə gəlmək olar ki, bizim avropalı əcdadlarımız afrikalı kolleqalarından asılı olmayaraq, daha erkən tarixlərdə mövcud olublar və çox daha erkən iki ayaq üstündə gəzməyi öyrəniblər.

Və ya ikinci alternativ olaraq o zamanlarda insanların tarixdə bəlli olmayan hansısa daha fərqli növü mövcud olub. Afrikadan bu ərazilərə gələn canlılar meymunlardan fərqli ayaq izlərinə məxsus olublar. Tarixdə izlərə görə insana ən yaxın canlı meymunlar hesab olunur. Lakin bu izlər meymunların ayaq izlərindən olduqca seçilir.

Müəmmalı ayaq izləri -

İzlərin hansı istiqamətə apardığını aydınlaşdırmaq mövcud olmayıb. Bu səbəbdən bu iddiaların hər biri isbatsız olaraq qalıb. Ortaya çıxan tapmacanın bir başqa cavabı da UNO-larla əlaqələndirilir. Fantastik bir iddia daha var. Alimlər 5,7 milyon il bundan əvvəl dəniz sularında naməlum kosmik qonaqların da ola biləcəyini düşünür./publika.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler