» » Masalarına yazdığı sözlərlə şagirdlərini təəccübləndirdi - Fotolar

Masalarına yazdığı sözlərlə şagirdlərini təəccübləndirdi - Fotolar

Bölmə: MARAQLI, BLOK XƏBƏR, MANŞET
Masalarına yazdığı sözlərlə şagirdlərini təəccübləndirdi - Fotolar
Onun bu addımı hər kəsə nümunə olub.

Yaxşı müəllim hətta məktəb masalarına yazdığı bir neçə kəlmə ilə də öz şagirdlərini ruhlandıra bilər. Bunun ən bariz nümunəsi isə Nyu Cersidə bir məktəbin beşinci sinif müəllimi Çandi Lanqforddur. Bir həftə davam edəcək test dövrü başlamamışdan əvvəl, müəllim şagirdlərini rahatlaşdırmağa çalışıb. O, hər bir şagirdin masasına həmin şagirdə xüsusi olaraq seçdiyi bir neçə kəlmə yazıb.

Langford deyir: "Şagirdlərimdən bir çoxu bu testi keçmədiyi halda, növbəti snfə keçməkdən məhrum olacaqlarından qorxurlar. Bu da onları olduqca gərginləşdirmişdi. Belə bir addım atmaqla, onları rahatlaşdıra biləcəyimi düşündüm."

"Liz, unutma ki, uğura doğru aparan bir lift yoxdur. Sən pillələrlə qalxmalısan."

"Yovani, sənə bunun asan olacağını demirəm, lakin çəkdiyin bütün əziyyətlərə dəyəcəyini əminliklə deyə bilirəm. Əlindən gələni et!"

"İsh, bunun ilk keçdiyin belə bir test olduğunu bilirəm. Bütün vasitələrdən istifadə et və beynini məşq etdir."

"Kvayder, öyrənmək sənin supergücündür! Yadda saxla və heç vaxt cəhd etməyi dayandırma. Öz beynini inkişaf etdirməyi dayandırma!"

Masalarına yazdığı sözlərlə şagirdlərini təəccübləndirdi - Fotolar
Masalarına yazdığı sözlərlə şagirdlərini təəccübləndirdi - Fotolar
Masalarına yazdığı sözlərlə şagirdlərini təəccübləndirdi - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler