» » Məhəmməd peyğəmbərin tövsiyə etdiyi 21 üzüm giləsi

Məhəmməd peyğəmbərin tövsiyə etdiyi 21 üzüm giləsi

Bölmə: MARAQLI
Məhəmməd peyğəmbərin tövsiyə etdiyi 21 üzüm giləsi
Məhəmməd peyğəmbər (s.ə.s) tövsiyə edib ki, qurudulmuş üzüm çox yeyin. O, ödü təmizləyir, bəlğəmi aradan qaldırır, əsəbləri möhkəmləndirir, yorğunluğu götürür, xasiyyəti gözəlləşdirir, nəfəsi təmizləyir, qəm-qüssəni uzaqlaşdırır, kimsə hər gün 21 ədəd çəyirdəyi təmizlənmiş qırmızı üzüm yeyərsə, o, bədənindəki bütün iztirablı xəstəliklərdən və azardan xilas olar, başqa azarlara tutulmaz.

Loğmanlardan isə belə bir deyim var: Mövsümündə 5 kiloqram üzüm yemək kifayətdir ki, insan bütün ili sağlam olsun.

Modern.az saytının sağlamlıqla bağlı növbəti yazısı üzümün faydaları haqqındadır.

Üzümlə müalicə ağciyər və ürək-damar sisteminin çox qədim müalicə üsulu sayılır. Üzümlə müalicə zamanı ürək döyünməsinin ritmi və arterial təzyiq normallaşır, şişlər yatır, təngnəfəslik halları azalır, yuxu normal qaydaya düşür, qan durulur, tənəffüs yollarının və ağciyərlərin vəziyyəti yaxşılaşır. Qaraciyərdə durğunluq hallarının və şişlərin müalicəsi üçün üzümün istifadəsi çox xeyirlidir.

Üzümlə müalicə zamanı aşağıdakı şərtlərə əməl etmək mütləqdir.

Üzümün gündəlik norması 2 kq-dan (1,2 litr şirədən) artıq olmamalıdır. Üzümü qida qəbulu arasında (səhər yeməyi ilə günorta yeməyi arasında) və ya yeməkdən 1-2 saat sonra qəbul etmək lazımdır. 1-2-3-cü günlər gündə 4 dəfə 100 qram, 4-cü gün 1 kq-a qədər, hər gün az-az artıraraq 7-ci gün 2 kq-a qaldırmaq lazımdır. Müalicə kursu-3-4 həftə davam edilməlidir.

Üzümlə müalicə zamanı yağlı və duzlu xörəklərdən, kefirdən, təzə süddən, çiy tərəvəzdən, pivədən, mineral sudan, xüsusən qazlı sudan imtina etmək lazımdır.

Bu ərzaqların üzümlə birgə istifadəsi qıcqırma prosesini gücləndirir və bağırsağın fəaliyyəti üçün zərərlidir.

Üzüm şirəsi digər şirələrdən fərqli olaraq qana tez daxil olur və orqanizm tərəfindən tez mənimsənilir. Üzümün bu xüsusiyyəti bala, kimyəvi tərkibi isə ana südünə bənzəyir. Bir stəkan üzüm şirəsində insan orqanizminin 1 sutkalıq tələbatını ödəyəcək B qrupu vitaminləri var.

Yeni dərilmiş üzümü yemək məsləhət görülmür. Yaxşı olar ki, o, dərildikdən 2-3 gün sonra istifadə edilsin, əks halda üzüm qaz yaranmasına səbəb ola bilər.
Bəs üzümün qəbulunda əks göstərişlər hansılardır?

Şəkərli diabet, kəskin və xroniki kolit, enterokolit, vərəmin kəskin forması, 3-4-cü dərəcəli piylənmə, mədə və onikibarmaq bağırsağın xorası olan insanlar üzümdən məhdudiyyətlə istifadə etməlidirlər.

Quru üzüm kimi istifadə etdiyimiz kişmiş isə daha xeyirlidir. Kişmiş sinir sistemini və ürəyi möhkəmləndirir, limfaları, ağciyərləri, qaraciyəri və bağırsağı təmizləyir.

Kişmiş tərkibində dəmir və kalsiumu saxladığı üçün olduqca faydalıdır. Öz tərkibinə görə kişmiş xüsusilə sümük inkişafına müsbət təsiri göstərir, zəiflik, qan azlığı kimi narahatlıqların aradan qaldırılmasında böyük rol oynayır. Yaddaş zəifliyi olanlar üçün kişmiş ən yaxşı vasitələrdən biridir.

Kişmişin, həmçinin, ağrıkəsici xüsusiyyəti vardır. İltihabın qarşısını kəsən kişmiş bəlğəm üçün də olduqca faydalıdır.

Maraqlı faktlardan biri də odur ki, hələ çox qədim zamanlardan əcnəbi səyahlar və üzüm ticarəti ilə məşğul olanlar qeyd ediblər ki, 2 minə qədər növü olan üzümün 600-dən çoxu Azərbaycanda yetişir, ən əsası isə bu növlərin sırasında ölkəmizdə yetişən üzümlər müalicəvi xüsusiyyətləri və dadı ilə fərqlənir. Elə bu yaxınlarda filoloq İlhəmə Dağlının Azərbaycanda yetişən nanə ətirli üzüm haqqında açıqlaması da buna bariz sübutdur.

Yuxarıdakıları nəzərə alıb, süfrənizdən üzümü, cibinizdən kişmişi əskik etməyin ki, sağlam olasınız. Ancaq bir şərtlə, yalnız yerli üzümdən istifadə edin.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler