» » “YouTube” dizaynını dəyişdi

“YouTube” dizaynını dəyişdi

Bölmə: MARAQLI
“YouTube” dizaynını dəyişdi
“Google” şirkəti “YouTube” videohostinqinə tünd dizayn və şaquli video dəstəyi əlavə edib. Həmçinin videohostinqin loqotipi dəyişdirilib.

“Xalqinfo” ICTnews-a istinadən xəbər verir ki, loqotipdə “Tube” sözü daha əvvəlki kimi qırmızı rənglə fərqləndirilmir.

Tədricən saytın kompüter versiyasının rəng sxemində bu rəngdən imtina edilir. Hostinq videonun ikonkaları arasındakı məsafəni artırıb.

Yeni dizaynda “gecə rejimi” istifadəyə verilib. Bu rejim aktivləşdirildikdə saytın rəng sxemi tünd rəngə keçir.

“YouTube” videohostinqində çarxın göstərilmə sürətini seçmək mümkün olacaq. Saytın mobil versiyasında ekranın sağ və ya sol hissəsinə iki dəfə toxunuş etməklə videonu 10 dəqiqə irəli və ya geri çəkmək olar.

Mobil versiyada “kitabxana” və “hesab” bölmələri yaradılıb. Reklam bannerləri ağ rəngdə göstərilir.

Hostinqin veb-versiyası maydan etibarən sınaqdan keçirilirdi. İndi hər kəs üçün əlçatandır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler