» » “Onlara bunu söyləyin ki, qapılar üzünüzə açılsın” - Dahilər qadınlar haqqında

“Onlara bunu söyləyin ki, qapılar üzünüzə açılsın” - Dahilər qadınlar haqqında

Bölmə: MARAQLI, BLOK XƏBƏR, MANŞET
“Onlara bunu söyləyin ki, qapılar üzünüzə açılsın” - Dahilər qadınlar haqqında
Qadına münasibət və dəyər xüsusi intellekt tələb edir ki, intellektin zirvəsini haqlayan ayrı-ayrı zamanın dahiləri də buna qismən də olsa cəhd ediblər.

Xalqinfo.az Modern.az-a istinadən həmin dahilərdən bəzilərinin qadın haqqındakı aforizmlərini təqdim edir:

Qadın və sirr

Ziqmund Freyd (psixoanalitik) – “Qadın psixologiyasını otuz ildir araşdırmama baxmayaraq, böyük suala cavab tapa bilmədim. Əslində qadınlar nə istəyir”.

Evripid (antik yunan filosofu): - “Qadının pisi qədər pis, yaxşısı qədər də yaxşı bir varlıq yoxdur”.

Talleyrand (fransız yazar): - “Qadınlar, fürsətdən tez faydalanmağa qalxan kişisini bağışlayarlar, amma fürsəti qaçıranı bağışlamazlar”.

Tofiq Fikrət (türk şairi): - “Qadın dəniz kimidir, heç güvənilməz”.

Viktor Hüqo (fransız yazıçısı): - “Qadınların saxlaya bildikləri tək sirr, bilmədikləri sirrdir”.

Lev Tolstoy (rus yazıçısı): - “Qadın elə bir mövzudur ki, onu nə qədər araşdırsan araşdır hər vaxt yenidir”.

Qadın və gözəllik


Prosper Merime (fransız yazıçı): - “Gözəllik təbiətin qadınlara ilk verdiyi və ilk geri aldığı hədiyyədir”.

Rokfellər: (amerikan milyarder): - “Dəyəri, gözəlliyindən uzun sürən çox az qadın vardır”.

Napolyon: - “Gözəl bir qadın gözə, yaxşı bir qadın ürəyə xitab edər. Birincisi brilant, ikincisi xəzinədir”.

Oskar Uayld (ingilis yazıçı): - “Yaxşı bir qadın bir kişiyə təsir edər, ağıllı bir qadın onda maraq oyandırar, gözəl bir qadın ovsunlayar, anlayışlı bir qadın isə ona sahib olar”.

Sokrat (qədim yunan filosofu): - “Arvadı gözəl olan adam xoşbəxt olar. Gözəl olmayan isə filosof”.

Jules Renard (fransız yazıçı): - “Bir qadına gözəl olduğunu söyləməyin; ona başqa bir qadının onun kimi olamadığını söyləyin və görəcəksiniz ki, bütün qapılar sizə açılacaq”.

Qadın və sevgi

Alexandr Duma (fransız yazıçı) – “Qadınların sevmədikləri adama heç yazığı gəlməz”.

Oskar Uayld: - “İyirmi illik bir eşq macərası bir qadını xarabaya çevirir, amma iyirmi illik bir evlilik onu bir ictimai bina kimi edər”.

Bayron (ingilis dramaturq): - “Sevilən qadın üçün ölmək, onunla birlikdə yaşamaqdan daha asandır”.

Sirus Pubillus (yunan filosofu) - “Bir qadın ya sevər, ya da nifrət deyər; ortası yoxdur”.

Fransua Laroşfuko (fransız yazıçısı) -“Qadın ilk dəfə sevəndə ancaq sevgilisini, daha sonra isə sevgisini sevir”.

Aleksandr Fyurstrenberq (amerikan iş adamı) –“Qadınlar yaradılmayıb ki, onları başa düşsünlər, onlar yaradılıb ki, onları sevsinlər”.

Qadın və müvəfəqiyyət

Rudyard Kipling (ingilis yazıçı) - “Qadının təxmin etdiyi şey, kişinin əmin olduğu şeydən daha doğrudur”.

Jim Backus (amerikan aktyor) – “Bir çox kişi müvəffəqiyyətini ilk xanımına borcludur. İkinci xanımını da müvəffəqiyyətinə”.

Diana Meriçayld (amerikalı qadın hüquqçusu) - “Qadın tam bir dairədir. İçində yaratma, bəsləmə və döndərmə gücləri vardır”.

Helen Lawrenson (psixoloq) - "Əgər bir qadın yetərincə hirsli, qərarlı və bacarıqlıdırsa, edə bilməyəcəyi heç bir şey yoxdur".

Deyl Kornegi (psixoloq) - “Bir qadının üzündəki ifadə, üzərindəki geyimdən daha çox uğur qazandırar”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler