» » Lənkəranda bütün toylar təxirə salındı

Lənkəranda bütün toylar təxirə salındı

Bölmə: MARAQLI
Lənkəranda bütün toylar təxirə salındı
Bu gün Rövşən Lənkəranskinin il mərasimi idi. Böyük qardaşa ehtiram əlaməti olaraq Lənkəran şəhərində bütün toy mərasimləri təxirə salınıb.

Axar.az xəbər verir ki, bu sözləri yazıçı-publisist Hafiz Mirzə Feysbuk hesabında mərhum qanuni oğru Rövşən Lənkəranskinin il mərasimi ilə bağlı yazıb.

Yazıçı mərhum R.Lənkəranskini böyük azərbaycanlı və böyük lənkəranlılardan biri adlandırıb:

“Bu gün Lənkəranda paralel dünyanın (cinayət aləminin) ən yüksək səviyyəli işlətmələrində, araşdırmalarında və hökmlərində mühüm söz və əməl sahibi Rövşən Lənkəranskinin il mərasimi keçirilir. Hüzr mərasiminin çadırı 50 metri keçər. İçəridə olduğu qədər insan, bayırda içəriyə daxil olmaq üçün növbə gözləyir. Bunlar əsasən 20-35 yaş arası gənclərdir. Mərasim çadırına ilk növbədə şəhərin və ətraf rayonların yaşlı, tanınmış, hörmətli və ziyalı insanları daxil olur. Ehsan süfrəsi və xidmət ən mükəmməl, yüksək səviyyədə təşkil olunub. İmkansız ailələrə ehsan bağlamaları paylanılır. Şəhərin Kiçik Bazar nahiyəsində bütün gələnlərə qarşı ən yüksək səviyyədə hörmət, ehtiram göstərilir. Kənar seriyalı bütün maşınların bir ünvanı var. Soruşmağa ehtiyac yoxdur: ünvan Kiçik Bazar, Şəhidlər Xiyabanı küçəsidir. Küçə boyu birtərəfli qaydada mindən çox avtomobil düzülüb. İnsanlar öz istəkləri ilə fərdi qaydada günboyu Kiçik Bazar qəbiristanlığına, böyük qardaşın məzarı üstünə gedir. “Yasin” sürəsi oxunur, ruhuna fatehə verilir.

Bizim iştirak etdiyimiz bu saatlarda ərazidə bir neçə min insan toplanmışdı. Hamı başqalarına mədəniyyət və ehtiram göstərməyə köklənib. Ərazidə adi günlərdə olduğundan daha sakitlik və təmizlik hökm sürür. Mərhumun Azərbaycan naminə etmiş olduğu böyük işlərin kiçik bir qismi indi-indi məlum olur. Allah rəhmət eləsin. Rövşən Lənkəranski böyük azərbaycanlılardan və böyük lənkəranlılardan biri idi”.

Qeyd edək ki, ötən il İstanbulun Beşiktaş səmtində qanuni oğru Rövşən Lənkəranskiyə (Caniyev) qarşı sui-qəsd təşkil olunub. Ağır yaralanan Caniyev İstanbul xəstəxanalarından birində keçinib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler