» » 13 il əvvəl itən üzük kökün içindən çıxıb -

13 il əvvəl itən üzük kökün içindən çıxıb - Video

Bölmə: MARAQLI
13 il əvvəl itən üzük kökün içindən çıxıb -
Kanadalı 84 yaşlı qadının 13 ildir, itən üzüyü kökün içindən tapılıb. Üzük qadının yaşadığı evin bağçasında itibmiş.

Musavat.com globalnews.ca saytına istinadən xəbər verir ki, 84 yaşlı Meri Qrams bildirib ki, 2004-cü ilin sentyabr ayında bağçada işləyərkən üzüyü itirib. O, nə qədər axtarsa da, üzüyü tapa bilməyib. Evlilik üzüyünün itməsini isə oğlundan başqa hər kəsdən gizlədib. O, itən brilyant qaşlı üzüyünün əvəzinə ucuzunu almış və 13 il ərzində onu taxmışdır.

Üzüyü isə yaşlı qadının gəlini bağçada kökləri toplayarkən tapıb. O, qəribə şəkilli kökləri ilk əvvəl həyətdəki itə də verməyi düşündüyünü deyib. Lakin daha sonra onu mətbəxə aparıb yuduqda iki kökün arasında sıxışmış üzük tapıb. Beləliklə də 13 il gizlənən sirr də üzə çıxmış olub. Gəlin üzüyü göstərəndə Qramsın oğlu 13 il əvvəl baş verən hadisəni də danışmalı olub.

Yaşlı qadın üzüyün hələ də barmağına keçdiyini qeyd edib, lakin o, ailə yadigarı üzüyü bir mücrüdə saxlayacağını bildirib.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler