» » Övladlarına bu adları qoymaq istəyirlər - Cinayət, Cındır, Fağır...

Övladlarına bu adları qoymaq istəyirlər - Cinayət, Cındır, Fağır...

Bölmə: MARAQLI, BLOK XƏBƏR, MANŞET
Övladlarına bu adları qoymaq istəyirlər - Cinayət, Cındır, Fağır...
Azərbaycanda uşaqlara qoyulan adların əksəriyyəti türk mənşəli adlardır.

Xalqinfo” xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyanın sədr müavini, filologiya elmləri doktoru Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, bəzi adların qoyulması tövsiyə olunmur: “Bu il Azərbaycanda ən çox Yusif, Əli, Zəhra, Fatimə və Məhəmməd adları qoyulub. Amma istisna hallar da var. İnsanlar uşaqlarına qeyri-adi ad qoymaq üçün komissiyaya müraciət edirlər. Bəzi valideynlər Cinayət, Fağır, Fətiş, Cani, Cındır kimi adları uşaqlarına qoymaq istəyirlər. Təbii ki, bu adların qoyulması düzgün deyil. Uşaqlara ad qoyan zaman diqqətli olmaq lazımdır. Xalqın maariflənməsinə ehtiyac var” .

Sayalı Sadıqova bildirib ki, siyahıda 5000-dən çox qeyri-adi adlar var: “Komissiya qeyri-adi və gözəl adların qoyulmasına qarşı çıxmır. Valideynin tövsiyə etdiyi ad gözəl olduqda icazə verilənlər siyahısına daxil olur”.

Qeyd edək ki, bu ilin 6 ayı ərzində ölkəmizdə doğulan 1343 körpəyə Yusif adı verilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler