» » Gənc Bloqerlər qrupu yaradıldı

Gənc Bloqerlər qrupu yaradıldı

Bölmə: MARAQLI
Gənc Bloqerlər qrupu yaradıldı
Gəncə şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının dəstəyi, "Avropa Gənclər Paytaxtı- 2016" və İslahatçı Gənclər İctimai Birliklərinin təşkilatçılığı ilə "Gənc Bloqerlər Məktəbi" layihəsinin açılışı olub.

"Xalqinfo"nun məlumatına görə, layihə çərçivəsində keçirilən təlimlərə 100-ə yaxın gənc qatılıb.

Tədbirdə informasiya texnologiyalarının sürətli inkişafı ilə əlaqədar həm dünyada, həm də ölkəmizdə gənclərin sosial media, xüsusən də bloqerlik sahəsində fəallığının müşahidə olunduğu bildirilib.

Təlimlərdə müasir dövrdə medianın ən kütləvi təsir vasitəsi olan internetin açdığı imkanlar, bloqçuluq fəaliyyəti, əhəmiyyəti, informasiya savaşındakı rolundan danışılıb. Gənclərə bloqların yaradılması, onun texniki tərəfləri, sosial mediadan, internetdə təhlükəsizliyi təmin edən proqramlardan istifadə qaydaları haqqında məlumat verilib, fikir mübadiləsi aparılıb.

Sonda iştirakçı gənclərə sertifikatlar təqdim olunub.

Gənc Bloqerlər qrupu yaradıldı
Gənc Bloqerlər qrupu yaradıldı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler