» » QHT-lər üçün internet televizya yaradılır

QHT-lər üçün internet televizya yaradılır

Bölmə: MARAQLI, GÜNDƏM
QHT-lər üçün internet televizya yaradılır
Azərbaycanda ilk dəfə QHT-lər üçün ixtisaslaşmış internet televiziya yaradılır.

Bu barədə ““QHT TV” - vətəndaş cəmiyyəti təşkilatları üçün media imkanlarının genişləndirilməsi” layihəsinin rəhbəri, “Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyinin sədr müavini Cəsarət Hüseynzadə Modern.az-a məlumat verib.

O bildirib ki, layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilir.

Layihənin əsas mahiyyəti QHT-lərin fəaliyyəti haqqında video informasiyaların hazırlanması və yayımını təşkil etməklə, Azərbaycanda ixtisaslaşmış ilk QHT TV-nin (internet TV) formalaşdırlmasıdır.

QHT TV-nin rəhbəri vurğulayıb ki, layihə QHT-lərin fəaliyyəti haqqında cəmiyyətdə dolğun məlumatların formalaşması və VCT-lər haqqında informasiyanın əlçatanlığının inkişaf etdirilməsini hədəfləyir.

QHT TV-nin əsas vəzifələrindən biri qeyri-kommersiya təşkilatları, vətəndaş birlikləri, vətəndaşların və gənclərin fəal hissəsinin fəaliyyətini təbliğ etməkdir. Layihə problemləri və onların həlli yollarını axtaran qrupların fəaliyyətini ümumi auditoriyaya çatdırmaq üçün informasiya təminatını həyata keçirəcək.

Bu fəaliyyət Azərbaycanda qeyri-kommersiya sektorunun təbliğini, QHT-lərin sosial və digər problemlərin həllinə verdiyi töhfələri, sektorlar arası ünsiyyət və qarşılıqlı inamın inkişaf etdirlməsinə dəstək verməyi hədəfləyir.

Layihə çərçivəsində artıq 20-yə yaxın reportaj hazırlanaraq QHT.az saytı və sosial şəbəkələr vasitəsi ilə yayımlanıb.

Yaxın zamanda isə QHT TV-nin video reportajları www.qhttv.az vasitəsi ilə yayımlanacaq. Beləki sayt üzərində tamamlanma işləri aparılır.

Cəsarət Hüseynzadə alternativ imkanlar çərçivəsində QHT TV-nin davamlı inkişafına nail olmaq üçün çalışacaqlarını bildirib. O bunun üçün müxtəlif resursların olduğunu bildirərək, təşkilat rəhbərlərini QHT TV-yə dəstək olmağa çağırıb.

Qeyd edək ki, Cəsarət Hüseynzadə bundan öncə www.qht.az saytı üzərindən ilk dəfə Azərbaycanda QHT-lərin elektron bazasını və şəbəkəsini formalaşdırıb.
Hazırda həmin şəbəkədə 550 QHT haqqında informasiya bazası formalaşdırılıb və 550 QHT üçün subdomenli sayt yaradılıbr. Eyni zamanda QHT-lərin fəaliyyəti haqqında gündəlik xəbərlər yayımlanır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler