» » Putinin gizli səfəri və ona yoldaşlıq edən sirli qadın... - Video

Putinin gizli səfəri və ona yoldaşlıq edən sirli qadın... - Video

Bölmə: MARAQLI, BLOK XƏBƏR, MANŞET
Putinin gizli səfəri və ona yoldaşlıq edən sirli qadın... - Video
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ötən gün Kareliyadakı Valaam adasına gəlmiş prezidentin burada cümə axşamı gününədək qalacağını bildirib.

Xalqinfo.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, Ladoqa gölündə yerləşən Valaam kişi monastırı prezidentin ən sevdiyi yerlərdən biridir. Onun bura hər səfəri hansısa sirlə müşayiət olunur. Budəfəki səfərdə isə Putinin gizli bir yol yoldaşı var və onun qadın olduğu ehtimal olunur.
Avtomobili Putinin özü idarə edir. O, Mersedes ML markalı maşında monastıra yaxınlaşır, avtomobildən düşür, arxa qapını açır, həmin sirli yol yoldaşı isə ondan qapını bağlamasını xahiş edir. Prezident belə də edir.

Gizli şəxsin videosu hər yerdən silinib

Bəs Putinin bu gizli yol yoldaşı kimdir? Kadrlarda görünən əl onun qadın olduğunu deməyə əsas verir. Qeyri-rəsmi, qısaqol geyimdə olduğuna görə bu, dəqiq mühafizə xidməti əməkdaşı deyil. Onun dizinin üstündəki qırmızı çanta qadın çantasına bənzəyir. Həmin şəxs maşından düşmək istəmədi, barmağı ilə Putinə nəyisə göstərdi. Ucadan nəsə dedi, ancaq eşidilmədi. Prezidentsə cangüdənlərinin müşayiəti ilə yoluna davam etdi. Bundan sonra Valaamda çəkilmiş kadrlarda artıq bu adam görünməyəcək.

Bu gizli şəxs kimdir? Deyəsən, bunu bilməyən təkcə biz deyilik. Məsələn, Kremlin mətbuat katibi Dmitri Peskov da bununla bağlı ilk şərhində belə deyib: "Xəbərim yoxdur". Üstündən bir saat keçmiş o, öz cavabında düzəliş edib: "Təhlükəsizlik".
Peskova inansaq, onda deməli, Putin qapını öz mühafizəçisi üçün açırmış.

Bu videogörüntülər Putinin Valaama səfərinin ilk günü çəkilib və əsl müəmmaya çevrilib. Əvvəlcə bu videonu Kremlin mətbuat xidməti yayıb. Elə həmin gizli yol yoldaşı da bu kadrlara görə diqqəti cəlb edib. Sonra həmin video hər yerdən silinib. O artıq nə kremlin.ru saytında var, nə də fedeal televiziya kanallarının efirində.

Putinin gizli səfəri və ona yoldaşlıq edən sirli qadın... - Video

Qapalı informasiya

Ümumiyyətlə, Putinin Valaam səfəri maksimum qapalıdır. Prezidentin ora nə zaman uçacağı, adada çoxmu qalacağı son günə qədər bildirilmirdi.
Prezident adaya özünün adətən hər yerə apardığı mətbuat nümayəndələrini də aparmayıb. Onunla Valaama yalnız TASS agentliyinin bir müxbiri uçub. Telekanallardan monastıra yalnız Ümumrusiya Dövlət Teleradio Şirkəti (VQTRK) buraxılıb və “Rossiya 1” və “Rossiya 24” kanallarının efirində canlı yayım edib.
Vladimir Putinin Valaamda olması qeyri-adi hadisə deyil. O, 2001-ci ildə prezident kürsüsündə ilk məzuniyyətlərindən birini də bu monastır adasında keçirmişdi. Bununla o, Yeltsinin hər yay Soçiyə getmək ənənəsini pozmuşdu. Elə o zaman da Putinin istirahət edəcəyi yer barədə son ana qədər məlumat verilməmişdi.

Mənəvi müəllimi burada yaşayır?

Valaam Putin üçün xüsusilə müqəddəs bir yerdir. Bu, Rusiyanın bir çox dövlət başçıları üçün belə olub. Monastırın özünün yaranma tarixi rus dövlətində xristianlığın ilk əsrlərinə təsadüf edir. Rusiyanın bir çox imperatorları müntəzəm olaraq Valaamı ziyarət ediblər. Xüsusən də I Aleksandr və II Aleksandr bu adanı çox sevirdilər. 2012-ci ildə Valaamda Rusiya Coğrafiya Cəmiyyətinin toplantısı keçirilib. Bir sıra KİV-lərdə iddia olunur ki, Valamda "Putinin mənəvi müəllimi" yaşayır. Deyilənə görə, bu, monastırın yepiskopu Pankratidir.

Valaamla bağlı daha bir müəmmalı məsələ var. 2014-cü ildə Valaamda Putinlə bədii gimnast Alina Kabayevanın nikahının kəsildiyi barədə şayiələr gəzir. O zaman səfərin özü barədə geniş məlumat verilmirdi. Yalnız yerli Kareliya KİV-ləri Valaamda prezidentin gəlişinin gözləndiyini bildirirdilər.
Son illər Putinin ardınca Valaama onun ən yaxın ətrafından olanlar da getməyə başlayıb. Həmin şəxslərin Sankt-Peterburq ətrafındakı ənənəvi istirahət yerlərini Ladoqa gölünün sahilləri əvəzləyib. İndi prezidentin yaxın ətrafında, demək olar, hamının Valaamda bağ evi var. Valaam torpağının ən böyük sahibi olan "Praym" şirkəti isə iş adamları Yuri və Boris Kovalçuk qardaşlarının nəzarətindədir.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler