» » “Gələcəyin avtobusu”nda çirkli pullar -

“Gələcəyin avtobusu”nda çirkli pullar - Foto

Bölmə: MARAQLI
“Gələcəyin avtobusu”nda çirkli pullar -
Çində istehsal olunan 21 metr uzunluğundakı nəhəng avtobus xüsusi rels sistemi üzərində saatda 60 km sürətlə hərəkət edə bilir

Xalqinfo.az "Sputnik"ə istinadən xəbər verir ki, Çinin Xeibey əyalətinə bağlı Jinhadau şəhərində sınaq testinə başlayan "Gələcəyin avtobusu" haqda istintaq işi açılıb. Avtobusu istehsal edən şirkət fırıldaqçılıqda və çirkli pul əldə etməkdə təqsirləndirilir.

Çin polisinin istintaq başlatmasına səbəb, ötən həftə CNN telekanalının sözügedən avtobus haqda yayımladığı reportaj olub. Telekanalın apardığı araşdırma nəticəsində şirkətin qeyri-qanuni yollarla pul topladığı üzə çıxıb.

Qeyd edək ki, Çində istehsal olunan 21 metr uzunluğundakı nəhəng avtobus xüsusi rels sistemi üzərində saatda 60 km sürətlə hərəkət edə bilir. Avtobus bir dəfəyə 300 nəfər sərnişin daşıma gücünə malikdir.

Digər avtomobillərin altından keçməsinə imkan verən avtobus, böyüklüyünə baxmayaraq, tıxaca səbəb olmur.

“Gələcəyin avtobusu”nda çirkli pullar -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler